Müşfiq Məmmədli: Biz məsuliyyətli addımlarımızla özümüzü, dövlətimizi pandemiya təhlükəsindən QORUMUŞ OLARIQ+Müsahibə

0

Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə təsirini minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirilir, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından birbaşa asılıdır, bəzi vətəndaşlarımız sosial şəbəkələrdə yayılmış yanlış informasiyaların təsiri altında bir qədər real olmayan və inamsız münasibət göstərirlər düşünürəm ki, bu baxımdan maarifləndirilmə çox önəmlidir. Bu fikirləri Millixəbər. az-a müsahibəsində Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Müşfiq müəllim bildiyimiz kimi, Azərbaycan dövləti də dünyanı ağuşuna alan Covid-19 pandemiyası ilə çox ciddi mübarizə aparır. Bu barədə nə deyə bilərsiniz?

– Ümumiyyətlə, Azərbaycan dövləti pandemiya ilə mübarizədə digər dünya ölkələrinə örnək olacaq addımlar atır. Bu addımlar bir neçə istiqaməti əhatə edir. Bilirsiniz ki, COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu ilin əvvəlindən zəruri qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb. İlk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və güc strukturlarının bu işə cəlb edilməsi istiqamətində adminstrativ tədbirlərin həyata kecirilməsi çox düzgün qərardır.
Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq mart ayından sosial izolyasiya qaydaları tətbiq olunub. Səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub.
Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub. Həmcinin, xaricdə təhsil almış həkimlərin bu mübarizəyə cəlb edilməsi də təqdirəlayiq haldır. Onu da qeyd etmək lazımdır ki, əhalinin maarifləndirilməsi, tibb işcilərinin səfərbər edilməsi istiqamətində Ümumdünya Səhiyyə Təşkilatı ilə koordinasiyalı fəaliyyət də effektiv vasitələrdən biridir.

Covid-19 la bağlı mübarizədə Azərbaycanın təcrübəsi dünyada necə dəyərləndirilir?

– Təbii ki, koronavirus pandemiyası hər bir ölkənin sosial-iqtisadi həyatına da özünün mənfi təsirini göstərib və göstərməkdədir. Bu baxımdan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə təsirini minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhalinin sosial təminatının yaxşılaşdırılması və pandemiya zamanı iqtisadi fəal qurumların, aztəminatlı insanların qorunması istiqamətində sosial-iqtisadi paket həyata keçirilməkdədir.
Bütün bu addımlar bütün dünyanın aparıcı qurumlarının etiraf etdiyi “COVID-19”-la mübarizədə ugurlu Azərbaycan modelinin meydana gəlməsinə səbəb olub.

Çox təəssüf ki, əksər vətəndaşlarımız koronavirus infeksiyasının nə qədər təhlükəli olduğunu ciddi qəbul etmirlər. Həkim və Millət vəkili olaraq bu cür düşünənlərə nə tövsiyə edərdiniz?

– Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından birbaşa asılıdır. Rəsmi qurumların da açıqladığı kimi, fiziki məsafənin gözlənilməməsi, tibbi maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir. Son günlərdə yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirdi və hökümət bu istiqamətdə müəyyən qərarlar qəbul etməyə məcbur oldu.
Bəzi vətəndaşlarımız sosial şəbəkələrdə yayılmış yanlış informasiyaların təsiri altında pandemiya təhlükəsinə bir qədər real olmayan və inamsız münasibət göstərirdilər.Mən düşünürəm ki, bu baxımdan maarifləndirilmə cox önəmlidir. Vətəndaşlarımız özlərini, ətrafındakıları və yaxınlarını qorumaq ücün dövlət orqanlarının, səhiyyə işcilərinin və Operativ Qərargahın bütün qərarlarına riayət etməlidirlər.
Biz öz məsuliyyətli addımlarımızla özümüzlə yanaşı, müstəqil dövlətimizi pandemiya ilə əlaqədar olan təhlükələrdən qorumuş olarıq.
Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə ölkə prezidenti cənab İlham Əliyev bildirdi ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir. Həmçinin dövlət başçısı onu da vurğuladı ki, əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün.

Millixəbər.az: Zamin Zeynal

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 × four =