Nəsimi rayon Fəal və Ağbirçək Qadınlar Şurasının sədri Prezidentə minnətdarlıq edib

0

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

Çox hörmətli cənab Prezident!

Bəşəriyyətin düşdüyü bu çətin durumda ölkəmizdə aparılan islahatların ardıcıl olaraq davam etdirilməsi bizi çox sevindirir. Azərbaycanın gündən-günə inkişaf etdirilməsi, dünyada siyasi nüfuzunun artması istiqamətində apardığınız işlərdən qürur duyuruq. Xüsusilə, ölkə vətəndaşlarının maddi rifahının yaxşılaşdırılması istiqamətində son dövrlərdə aparılan işlər, həyata keçirilən layihələr, atdığınız uğurlu addımlar təqdirə layiqdir. Əminik ki, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirlərinin azalması və yaratdığı problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər dövlətimizi bu bəladan alnıaçıq çıxaracaq. Daxili siyasətdə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin ön planda olması hamıya bəllidir. Ölkədə yaradılmış ASAN xidmət, e-hökümət sistemləri rüşvət və korrupsiya kimi neqativ halların kökünü kəsməyə xidmət edir. Ölkə rəhbərliyi və Heydər Əliyev fondu tərəfindən vətəndaşlara göndərilən ərzaq yardımlarının bir sıra məmurlar tərəfindən mənimsənilməsinin aşkara çıxarılması, onların ifşa olunmasını biz vətəndaşlar alqışla qarşılayırıq. Savadlı, işgüzar insanların məsul vəzifələrə təyini və onların işin öhdəsindən layiqincə gəlməsi Sizin uğurlu kadr siyasətinizdən irəli gəlir. Mayın 4-də Sizin təşəbbüsünüzlə baş tutan Qoşulmama Hərakatının Təmas Qrupunun “Covid 19-a qarşı birlikdəyik” mövzusunda görüşü Azərbaycan və onun liderinin ən çətin situasiyalarda da düşünülmüş optimizmə yönəlmiş addımlar atmağa hazır olduğundan xəbər verdi.

Cənab Prezident! Bu ağır günlərdəki fədakarlığınıza, daimi xalqımızı düşünüb ona dəstək olduğunuza və qayğımıza qaldığınıza görə Nəsimi rayon Fəal və Ağbirçək Qadınlar Şurasının üzvləri adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Dərin hörmətlə Nəsimi rayon Fəal və Ağbirçək Qadınlar Şurasının sədri Zərifə Quliyeva.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 × 5 =