Nazilə Məmmədova: AİLƏMİZİN QARABAĞ BAYRAMINDA FÜZULİ MÜJDƏSİ DƏ VAR

0

PREZİDENT vətən nisgili ilə dünyasını dəyişənlərin ruhunu şad etdi

Millixəbər. az-ın əməkdaşları “Qarabağ Azərbaycandır” Rubrikası çərçivəsində vətənpərvər Azərbaycan qadını, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə xanım Məmmədova ilə həmsöhbət olublar.

Nazilə xanım, bildiyiniz kimi 44 gün davam edən Azərbaycan xalqının vətən müharibəsi Ali Baş Komandanımızın rəhbərliyi altında doğma Qarabağın azad edilməsi ilə sona çatdı. Bir vətənsevər qarabağlı kimi, yəqinki ürəyinizdə Qələbə zəfəri ilə bağlı təəssüratlarınız və deyiləcək sözünüz çoxdur.

Mən əslən Füzuli rayonundayam, Füzuli yaddaşımda alınmaz bir qalaya bənzəyirdi, elə bilirdim ki, torpaqlarımız alınmaz. Amma əfsuslar olsun ki, məlum hadisələrdən sonra o zaman güclü rəhbərin olmadığına görə ard-arda bir neçə rayonu itirdik. Ancaq möhtərəm Prezidentimizin apardığı daxil və xarici siyasət nəticəsində gec-tez alınacağına inamım çox böyük idi. Hər zaman Prezident cənab İlham Əliyevin məcburi köçkünlərlə görüşlərini diqqətlə izləyirdim. Böyük inam hissi ilə vurğulayırdı ki, münaqişə sülh yolu ilə həll edilməsə müharibə yolu ilə də olsa, Qarabağ qaytarılacaq,üç rəngli Bayrağımızı Şuşada,Xankəndində, digər işğal altında olan torpaqlarımızda dalğalandıracağıq. Məhs bu gün Hər birimizin gözü qarşısında Dövlət Başçımızın vədinə necə sadiq qaldığının şahidi olduq. İndi ən yüksək zirvələrimizdə ay-ulduzlu bayrağımız dalağalanır.Dediyini əsl TÜRK SƏRKƏRDƏSİNƏ xas olan keyfiyyətlərə uyğun olaraq layiqincə etdi. TÜRK dünyasının gücünü dünyaya bir daha nümayiş etdirdi.
Biz Füzulilərə,Qarabağlılara bəxş etdiyi sevinc və qüruru ifadə etməkdə söz acizdir. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun fədakarlığı nəticəsində Qarabağ işğaldan azad edildi və sakinlərinin 27 illik həsrətinə son qoyuldu.
PREZİDENT vətən nisgili ilə dünyasını dəyişənlərin ruhunu şad etdi.Vətən həsrəti ilə ürəyi döyünən, bağrı yarılan vətəndaşlarımızın vətənə qayıtmaq arzularını çin etdi.

Biz bu illər ərzində ailəmizdə tez-tez Qarabağın gözəlliyindən danışaraq Füzuli xatirələri ilə övladlarımızı böyütdük. Hər dəfə danışdıqca gözümüzün çəkdiyi yollarla bir gün Qarabağa qaydışın olacağı inamı heç vaxt tükənmirdi. Allaha çox şükür ki, cənab Prezidentin rəhbərliyi altında milli ordumuzun rəşadəti sayəsində qələbə zəfəri ilə bu böyük qayıdış baş tutdu. QARABAĞ İŞĞALDAN AZAD EDİLDİ.
Fürsətdən istifadə edərək elə, sizin sayt vasitəsi ilə Müzəffər Ali Baş Komandanımıza demək istərdim ki, möhtərəm Prezident, bu Qələbəni yaşaya bilməyimiz üçün göstərdiyiniz şücaətli, möhtəşəm iradə və mübarizəyə görə təşəkkür edirəm. Siz Azərbaycan mədəniyyət beşiyini düşməndən azad etdiniz. Şuşa bizim gözümüz, Şuşa bizim canımızdır. Siz bizi yenidən diriltdiniz, Siz bizə ikinci həyat verdiniz. Sizin rəhbərliyiniz altında gözəl və şərəfli günlər bizi gözləyir. Bir azərbaycanlı olaraq sona qədər Sizin arxanızdayıq.

Sizin uğurlu daxili və xarici siyasətinizi və Azərbaycan xalqı olaraq bizlərə yaşatdığınız Qələbə müjdələrini hər zaman böyük bir maraq və həyəcan hissi ilə izləyirik. Böyük məmnuniyyət hissi ilə baxmaqda davam edirik.
Biz çox xoşbəxtik, biz çox qürurluyuq, biz çox şanslıyıq. Biz ona görə xoşbəxtik ki, əzəli və əbədi müqəddəs torpaqlarımızı, Qarabağımızı düşməndən azad etdik.Şuşamız artıq bizdədir və digər azad edilmiş torpaqlarımızla bu tarixi günlərə sevinc göz yaşı tökərək şahidlik edirik. Biz ona görə qürurluyuq ki, bu tarixi anları bizə yaşadan Şanlı Ordumuz, cəsur əsgərlərimiz, igidlərimiz var! Biz ona görə şanslıyıq ki, bizim kimliyimizi, qürurumuzu, xalqımızın iradəsini dünyaya sübut edən, başımızı uca, alnımızı açıq edən Sizin kimi rəhbərimiz var!

Cənab Prezident, mən ailəmiz adından QARABAQ ZƏFƏRİNİ,QƏLƏBƏ SEVİNCİNİ BiZLƏRƏ YAŞATDIĞINIZA görə Sizə təşəkkür etməyi özümə borc bilirəm. Biz həmişə yanınızdayıq və hər zaman əmrinizdəyik!
#Qarabağ bizimdir!
#Qarabağ Azərbaycandır!
Eşq olsun Ali Baş Komandana
Eşq olsun Müzəffər ordumuza
Eşq olsun Azərbaycan xalqına
QƏLƏBƏ BAYRAMIMIZ MÜBARƏK!

Zamin Zeynal

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × 4 =