Nazilə Məmmədova: Azərbaycanda güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir

0

Bu gün hər kəs yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq, Prezidentin ətrafında sıx birləşib.

Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil. Bəli, Azərbaycan dövləti artıq əvvəlki deyil, bu gün onun etibarlı müttəfiqləri var, Azərbaycan güclü dövlətdir, ən müasir silahlarla silahlanmış ordusu var.Azərbaycan müstəqil siyasət yürüdür. Ali Baş Komandanın müharibə ərzində televiziyada xalqa müraciəti zamanı işğalçıları “itiqovan kimi qovuruq” ifadəsi hər bir vətəndaşın dilində məşhur aforizmə çevrilmişdir. 27 sentyabr 2020-ci il tarixdən davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu böyük şücaət göstərərək üstünlük əldə etdi. Üçtərəfli bəyannamənin imzalanmasına qədər 44 günlük müharibə ərzində təqribən 300 yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə , çoxsaylı strateji yüksəkliklər düşməndən azad edildi. Düşmən dövlət müharibə gedişində hər cür çirkin əməllərə əl atdı, mülki əhalini atəşə tutdu, Gəncədə, Bərdədə və digər yerlərdə insan tələfatı ilə nəticələnən terror aktı törətdi, yaşayış mənzilləri bombalandı.Əslində baş verən bütün bu hadisələr düşmənin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi.Azərbaycan dövləti isə tam əksi olaraq beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək, öz torpaqları uğrunda haqq savaşı apardı.Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər bir daha gördülər ki, Azərbaycanda xalq-dövlət birliyi mövcuddur.Bu birlik yumruq halında birləşmişdir. Cənab Prezidentin dediyi kimi “bu yumruq düşmənin başını əzən yumruqdur, qələbəni dəmir yumruq hesabına qazandıq, düşməni qova-qova dayandıq torpağımızda.Düşmən diz çökdü”.Müharibə nəticəsində Ermənistan təkcə hərbi cəhətdən sarsılmadı, iqtisadiyyatı da çökdü, ölkəni xaos bürüdü, xalq və dövlət qarşıdurması baş verdi. Ermənistan bir ölkə olaraq təkcə regionda deyil, dünyada nüfuzunu itirdi.

Bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərindən birini yaşayır. Azərbaycan Ordusu gücü, qüdrəti hesabına cəbhənin bütün istiqamətlərində mövqelərini gündən-günə möhkəmləndirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində bu gün ordumuza göstərilən diqqət sayəsində silahlı qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla sübut etdilər. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır. Bu gün hər kəs yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq, Prezidentin ətrafında sıx birləşib. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının 05 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımında müstəna əhəmiyyət kəsb edən bir siyasi hadisə oldu. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ölkədə siyasi dialoqun daha da möhkəmləndirilməsi, iqtisadi sahədə antiinhisar siyasətinin gücləndirilməsi və xarici siyasət sahəsində ölkəmizin maraqlarına cavab verən əməkdaşlıq kursunun davam etdirilməsi kimi prioritetlər barədə söylədiyi fikirlər bizim gələcək inkişaf proqramlarımız üçün baza platformaları olacaq. Dövlət başçısının da Partiyanın VII qurultayında etdiyi çıxışında dediyi kimi, faktiki olaraq məhz 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında ulu öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi də məhz həmin tarixdən başladı. Biz bu tarixi yaxşı bilməliyik və gələcək nəsillərə də olduğu kimi çatdırmalıyıq. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Əgər Heydər Əliyev ölkəmiz üçün, xalqımız və dövlətimiz üçün sözün əsl mənasında ölüm-qalım məsələsinin həll edildiyi həmin dövrdə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan ya bir dövlət kimi artıq mövcud deyildi, ya da ən yaxşı halda böyük dövlətlərin əlinin altında marionet bir dövlət kimi yarımmüstəmləkə həyatını yaşayırdı.Lakin bunların heç biri baş vermədi. Xalqın təkidi və tələbilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin səyləri ilə 1993-2003-cü illər Azərbaycanın tam müstəqil dövlət kimi formalaşması üçün həlledici illər oldu. Həmin dövrdə dövlətçiliyin əsasları qoyuldu, Konstitusiya qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı. Ölkə beynəlxalq təcriddən çıxdı. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı və ölkəmizə böyük investisiyalar cəlb edildi.

Fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsidə Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. İnkaredilməz həqiqətdir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir, dərin rəğbətlə qarşılanır. Mehriban xanım Əliyeva ötən müddət ərzində milli maraqları daim üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət göstərib. Bunlarla yanaşı, fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban xanım Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr verib. Ona görə də qeyd etdiyim kimi, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini təyin edilməsi yeni mərhələdə Yeni Azərbaycan Partiyasının inkişafına təkan verəcək, partiyamızın və ölkəmizin yeni nailiyyətlər əldə etməsində mühüm əhəmiyyətə malik olacaq.

Nazilə Məmmədova: Abşeron Rayon Təhsil Şöbəsinin müdiri

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twelve + 10 =