Nazilə Məmmədovanın 55 illik yubileyinə İradə Gülməmmədovadan DİQQƏT

0
Məmmədova Nazilə Teymur qızının anadan olmasının 55 illik yubileyi münasibəti ilə Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova yubilyarı icra hakimiyyətində qəbul edib.
 
Millixəbər.az xəbər verir ki, rayon rəhbəri, Nazilə Məmmədovanı anadan olmasının 55 illik yubileyi münasibəti ilə təbrik edib, ona gələcək işlərində və şəxsi həyatında uğurlar arzulayıb. N.Məmmədovanın həmişə Azərbaycan dövlətinə, dövlətçiliyə sadiq olduğunu vurğulayan İ.Gülməmmədova yubilyarın tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəldiyini qeyd edərək gənc təhsil işçilərinə örnək olduğunu və gənclərin bundan nümunə götürmələrinin vacibliyini vurğulayıb.
Dah sonra N.Məmmədova təhsil sahəsində səmərəli fəaliyyəti, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və anadan olmasının 55 illik yubileyi münasibəti ilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif edilib.
Sonda N.Məmmədova Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya və əməyinə qiymət verən hər kəsə təşəkkür edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

15 − 13 =