Nazilə Səfərli özünə rayon adını təxəllüs götürənləri YIXIB-SÜRÜDÜ: “Tuman-paça…”

0

“Bu, mənim şəxsi fikrimdir və hər kəsə şamil deyil… Hər bir yazar, şair, aşıq, xanəndə, mügənni, yaxud adını məşhurlaşdırmağa çalışan və buna müvəffəq olan insan özünə el-obasının (şəhər, kənd, mahal və. s ) adını təxəllüs, ləqəb götürürsə, boynuna ağır yük götürdüyünü dərk etməlidir. Ümumiyyətlə, təxəllüs götürməzdən əvvəl ağsaqqallardan, o el-obanın qeyrətli oğullarından icazə alınmalıdır”.

Bu sözləri xına mərasimlərinin aparıcısı kimi məşhurlaşan şairə Naizlə Səfərli instaqramda yazıb. O, bildirib ki, hər hansı tanınmış sima özünü doğrultmadığı halda el birliyi ilə bu təxəllüs o kəsdən geri alınmalıdır:

“Məhz bu təxəllüslərə görə çox hörmətli insanlar boyun bükür, qana düşür. Niyəsi odur ki, bölgə adını üstünə götürüb tuman-paça video paylaşa bilməzsən, ay müğənni! Əlində şərab stollar gəzə bilməzsən! İstər qadın, istər kişi, əlinə saz alıb saunada, hovuzda sərxoş kişilərə saz çala bilməzsən, ay aşıq!

Əlinə tar-kaman alıb hamam qonaqlıgında göbəyinə fitə bağlayıb otura bilməzsən, ay tarizən, ay xanəndə! Adını şair, yazar qoyub papaq kimi başdan-başa qona bilməzsən, adını jurnalist qoyub dilənçiliklə, şantajla pul qazana bilməzsən ! Hər istədiyini geyinə bilməzsən, ağlına gələn vaxt soyuna bilməzsən! Heç nimdaş da gəzə bilməzsən! Pul çox ayıbları müvəqqəti örtür, amma ləkəsini el götürür. Nədir elin günahı?! Sərbəst olmaq istəyirsənsə, təxəllüsün quş olsun, sərxoş olsun, eyş olsun, amma, “El” olmasın!!!

Eldən ayıbdır, elə yazıqdır! Səndən öncə bu yurda daş qoyub, ev yapan kişilər sənin təxəllüsünə görə utanmamalı!!!”

Nazilə Səfərlinin bu sözləri son günlərdə mini şortu ilə gündəmə gələn Şəbnəm Tovuzlunun ünvanına səsləndirdiyi iddia edilir. Qeyd edək ki, izləyicilər onun paylaşdığı fotolara “Həcinin arvadı belə geyinməz”, “Həyat sənə gözəldir”, “Bunun şortikinə bax, Həci necə icazə verir?”, “Pulumuz olsa, sənin kimi gəzərik” şərhlər yazmışdı.

publika.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eighteen − 10 =