Nazir özünə 4 müşavir, 213 işçi axtarır

0
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə 4 müşavir seçmək üçün daxili müsahibə elan edib.
Bununla bağlı nazirliyin rəsmi saytında məlumat verirlir ki, Sahil Babayevin müvafiq əmri ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edilib.
Ümumilikdə nazirliyin aparatına, şəhər və rayon təşkilatlarında boş qalan 217 yüksək vəzifə üzrə müsahibə elan olunub.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı üzrə 36 yer, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üzrə 26 yer, Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatı və rayon (şəhər) şöbələri üzrə 101 yer, Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin Aparatı və rayon (şəhər) Məşğulluq mərkəzləri üzrə 54 boş yerə  müsahibə keçirilir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twenty + 15 =