Nazirlik rəsmisi: “IX sinif buraxılış imtahanları fərqli formatda olacaq”

0

Bu il 9-cu sinfin buraxılış imtahanlarında 110-120 minə yaxın şagirdin iştirakı gözlənilir.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

K.Əsədov bildirib ki, Vətən müharibəsi zamanı bəzi bölgələrdə internetə qoyulan məhdudiyyətlər imtahanların nəticəsinə müəyyən mənada təsir edə bilər:

“Bu il 9-cu sinflərin buraxılış imtahanlarında yeni format hazırlanır. Daha əvvəl 9-cu siniflərdə monitoriq imtahanları keçirilib. Həmin imtahanlar bu il keçiriləcək buraxılış imtahanlarından fərqlənir”.

Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə isə bildirib ki, bu il keçiriləcək 9-cu siniflərin buraxılış imtahanlarında 85 sualın hər biri qapalı şəkildə olacaq:

“Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ötən brifinq zamanı məlumat vermişdi. Bu dəfə keçiriləcək imtahanların formatı ötən illərdə olanlardan fərqlidir. Belə ki, 9-cu sinifin buraxılış imtahanlarında 85 tapşırığın hamısı qapalı şəkildə keçiriləcək. Bu barədə hazırda müzakirələrimiz davam edir”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 + 10 =