Nazpəri Dostəliyeva: “İlk dəfə açıqlayacağım faktlar…” – MƏN AŞIQ QIZIYAM!!!

0

Xalq artisti Nazpəri Dostəliyevanın fəlsəfə doktoru olmasıyla bağlı söz-öshbət gündəmdən düşmür.

 

Millixəbər.az xəbər verir ki, müğənni “Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu götürüb və fəlsəfə doktoru olduğunu açıqlamışdı. Ali Attestasiya Komissiyasının aparat rəhbəri Arif Quliyev isə Dostəliyevanın dediklərini yalan adlandırıb.

Müğənni İnstaqram səhifəsində paylaşım edərək söz-söhbətə cavab verib:

“Aşıq sənəti ilə bağlı elmi iş (fəlsəfə doktorluğu) müdafiə etməyimdən narahat olanlar və sevinənlər… Bildirmək istəyirəm ki, Şamaxının, həmçinin Şirvan elinin məşhur aşıqlarından olan aşıq Əhmədəlinin ailəsində dünyaya göz açmışam. Uşaq yaşlarımdan evimdə saz, söz, sənət və sənətkarlar görmüşəm. Bu baxımdan düşünürəm ki, aşıq sənəti ilə bağlı götürdüyüm elmi iş həm də mənim atam və onun ustad həmkarları qarşısında mənəvi borcumdur.

Nə zamansa bəhrələndiyim sənətkarların haqqını verməli idim. Bir daha xatırladıram ki, mən bənna, sürücü, rəqqas, müəllim yox, məhz aşıq qızıyam.

Mövzu barədə yaxın günlərdə ilk dəfə açıqlayacağım faktlar, geniş müsahibəm olacaq”.(axşam.az)

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

12 + sixteen =