Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib

0

Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

Millixəbər.az-ın əldə etdiyi məlumata görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan Axşam.az-a verilən məlumatda bildirilib ki, müğənninin hazırda durumu yaxşıdır. Onun hərarəti normala düşüb.

Əməkdaşımız N.Musayevlə əlaqə saxlasa da, o, bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

6 − three =