Nizami Cəfərov: AXC-nin yaradılması türk dünyası üçün çox mühüm hadisə idi

0

«Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması  yeni tarixdə türk dünyasında demokratik, dünyəvi, hüquqi dövlət yaradılmasında çox mühüm addım idi».

Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

Millixəbər.az – ın məlumatına görə, N.Cəfərov bildirib ki, Cümhuriyyət tarixinin ayrı-ayrı sahələri ilə bağlı araşdırmaların aparılması, uzun illər bizim üçün qaranlıq qalan səhifələrin öyrənilməsi gələcəyimiz, tariximiz, həm də elmimiz üçün çox böyük əhəmiyyət kəsb edir.

«Xalq Cümhuriyyətində müstəqil dövlətin bütün atributları – bayraq, himn, gerb, dövlət dili vardı. Azərbaycan dilinin Xalq Cumhuriyyəti dövründə, sözün əsl mənasında, dövlət dili kimi işlənilməsi öz həqiqi tətbiqini geniş şəkildə Azərbaycan parlamentinin dilində tapmışdır. Ümumiyyətlə, tarixin bütün məqamlarında Azərbaycanın taleyi türk dünyası üçün böyük əhəmiyyət kəsb etmişdir. Bu mənada 1918-ci ildə AXC-nin yaradılması türk dünyası üçün çox mühüm hadisə idi»- deyə, akademik vurğulayıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

15 − eleven =