Nizami Cəfərov:”Erməni ədəbiyyatı bizə qarşı müharibəni çoxdan başlayıb”

0

Erməni ədəbiyyatında Azərbyacana qarşı böhtan və yalanların artması, tarixi həqiqətlərin ədəbi əsərlərdə tərif edilərək təqdim edilməsi, bir sözlə düşmənin ölkəmizə qarşı ədəbi ekspansiyaya start verdiyi müşahidə edilməkdədir. Bəs Azərbaycan ədəbiyyatı düşmənin bu yalanlarına qarşı adekvat addımlar atmalıdırmı? Yoxsa belə bir mübarizə ədəbiyyatın missiyası, vəzifəsi deyil?

Moderator.az-a açıqlama verən millət vəkili, professor Nizami Cəfərov Azərbaycan ədəbiyyatının bu müstəvidəki fəaliyyətinin hələ ki, qənaətbəxş olmadığını söylədi:

“Azərbaycan ədəbiyyatı erməni irticasına, erməni böhtanlarına qarşı o qədər də effektiv mübarizə aparmır. Bu, hələ ki, ədəbiyyatımızın boynunda qalan bir məsələdir.

Azərbaycanda siyasi-ideoloji baxımdan ermənilərə lazımi cavablar verilir. Xalqımızın ümumi ictimai əhval-ruhiyyəsində də bu cavablar kifayət qədər var. Amma ədəbiyyatın verdiyi cavab qaneedici deyil. Ədəbiyyatımızın verəcəyi cavablar hələ irəlidədir.

Erməni ədəbiyyatı bizə qarşı müharibəni çoxdan başlayıb. Zori Balayandan da əvvəl bu proses gedib. Erməni ədəbiyyatının arxasında isə mənəvi-ruhi baxımdan erməni kilsəsi dayanır. Erməni kilsəsinin erməni ədəbiyyatına təsiri çox böyükdür. Erməni ədəbiyyatı öz gücünü erməni kilsəsindən alır. Hətta ictimai-siyasi proseslərdən, xalqın mənəvi əhval-ruhiyyəsindən çox erməni kilsəsindən ilham alır. Azərbaycan ədəbiyyatının isə belə bir isitnadgahı yoxdur. Azərbaycan ədəbiyyatının ümumiyyətlə dini istinadgahı yoxdur. Ona görə də Azərbaycan ədəbiyyatı o impulsu ala bilmir. Ədəbiyyatımız onu xalqı ruhundan, xeyli dərəcədə də ictimai-siyasi proseslərin diktəsindən almalıdır. Ədəbiyyatməızıə belə bir təcrübəsi var.

Hesab edirəm ki, ədəbiyyatımız bu yöndə fəaliyyətini genişləndirməli və erməni yalanlarına qarşçı mübarizədə daha ciddi nəticələr ortaya qoymalıdır”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × three =