Nizami rayonunda ağacəkmə aksiyası keçirilib FOTO

0

siaphoto_43827818 oktyabr- Müstəqillik Günü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. SİA-nın xəbərinə görə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Məhz, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin III rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında ətraf mühitin qorunması və ekologiya ilə bağlı müxtəlif tapşırıqlar verib.

Keçirilmiş aksiya çərçivəsində İ.Məmmədov küçəsinin və Babək prospektinin kəsişməsi boyunca yol kənarlarında yaşıllıqların salınması məqsədilə partiya fəalları və rayon ictimaiyyəti tərəfindən onlarla Eldar şamı və digər növ həmişə yaşıl ağaclar əkilib.

Rayon ərazisində ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilməkdədir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × 4 =