Nuradan Oksanaya ağır sözlər – Qalmaqal böyüyür

0

“Ana olmusan, sevin. Sən çıxıb müsahibə verirsən ki, mən bilirəm, bu məlumatı bir müğənni və müğənninin jurnalist dostu yayıb. Sən bu sözü deyirsən, ətrafdakı insanlar da mənə deyir ki, Oksana səni nəzərdə tutur”.

Millixəbər.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri ARB TV-nin “Səhər-səhər” verilişində rəqqasə Oksana Rəsulova haqda deyib:

“Çıx kimdirsə adını de. Niyə görə məni şərləyirsən? Yeni ana olan bir kəs məni necə şərləyə bilər. Kiminsə sirrini kiməsə demək alçaqlıqdır. Mən bunu özümə yaraşdırmıram. Sən mənim haqda bunu fikirləşirsənsə, deməli, sən nə vaxtsa bu şeyə qadir olmusan. Yəni mən bunu iddia etmirəm, ümumi deyirəm. Çıxdığı verilişə zəng etmişəm ki, kim olduğunu denən. Yoxdur axı başqa adam. Məni nəzərdə tutur.

Adımı demirsən, çünki əmin deyilsən, sübutun yoxdur. Deməli, məni şərləyirsən. Mənim adım hallanırsa, özümü müdafiə etməməliyəm? Susub oturmalıyam?

Adi insan şərh yazsa, qəbul etmərəm. Çünki heç bilmirəm kimdir. Oturub haradansa nəsə yazır. Nə yeri, nə də kim olduğu bilinir. Bu, başqadır. Axı o, tanıdığım insandır. Məndən şübhələnirsənsə, zəng et de ki, səndən şübhələnirəm. Mən də sənə deyim nə var, nə yox.

Oksana mənim rəfiqəm deyil. Gündəlik görüşmürəm. Haqqında məlumat bilmirəm. Hamilə olmaq xəbərini saytdan oxudum, sevindim. Çünki mən bilirdim ki, o, neçə il ana olmaq arzusu ilə yaşayıb. Bu məlumatı ancaq getdiyi həkim ötürə bilər. Ya da hansısa yaxını. Mən onun yaxını deyiləm. Heç getdiyi xəstəxananın da adını bilmirəm”.(Axşam.az)

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

19 − fourteen =