Nuşirəvan Məhərrəmli: “Hazırda kino və seriallara ayrılmış vəsait xərclənib qurtarıb” AÇIQLAMA

0

telelle“Azərbaycanın serial bazarında müəyyən boşluq yarana bilər”

Millixəbər.az xəbər verir ki, bunu bu gün SİA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bu il film və seriallara ayrılacaq vəsaitlə bağlı fikirlərini bildirərkən deyib.

Şura sədrinin sözlərinə görə, bununla bağlı lazımi arayış müvafiq qurumlara göndəriləcək: “Hesab edirəm ki, əgər cənab Prezident ehtiyac biləcəksə bu il də kino və serialların çəkilişi üçün vəsait ayrılacaq. İndiki vəziyyətdə bu dəstəyin verilməsi məqsədəuyğundur. Çünki, əks halda Azərbaycanın serial bazarında müəyyən boşluq yarana bilər”.

N.Məhərrəmli bəzi televiziya və radiolara etdiyi iraddan sonra onların nəticə çıxarmasına da aydınlıq gətirib: “Təbii ki, hər bir televiziya kanalı bundan müəyyən nəticələr götürür. Biz hazırki vəziyyətdə Azərbaycanın teleradio məkanında mövcud vəziyyəti qənaətbəxş sayırıq. Amma istərdik ki, Azərbaycanda daha keyfiyyətli verilişlər çoxalsın. Bilirsiniz ki, dünyada baş verən proseslər, xüsusilə iqtisadi böhranla bağlı vəziyyət reklam bazarına böyük təsir edib. Bu mənada hesab edirəm ki, hər dəfə televiziyaların üzərinə getməkdə doğru deyil”

Yeni telekanalların açılışına da münasibət bildirən qurum rəsmisi əlavə edib ki, bu prosesdir: “Təbii ki, zərurət yaranarsa, yeni telekanallar açıla bilər. Hazırda hesab edirəm ki, Azərbaycanda kifayət qədər televiziya kanalları var”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one − one =