Oğuz və Qəbələdə şəhid ailələri və qazilər üçün təsərrüfatlar yaradıldı – FOTO

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Oğuz və Qəbələ rayonlarında da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradılıb.

Bu barədə Millixəbər.az-a nazirlikdən xəbər verilib.

Oğuz rayonunda şəhid Babayev Elmanın atası Babayev Telman, şəhid Əliyev Anarın həyat yoldaşı Əliyeva Günel, şəhid İbrahimov Mayılın atası İbrahimov Nəriman, şəhid İsazadə Səfanın qardaşı İsazadə Röyal, şəhid Nuralıyev Elşənin atası Nuralıyev Rövşən, şəhid Şirəlizadə Süleymanın atası Şirəliyev İlham növbədənkənar özünüməşğulluq proqramına cəlb olunaraq, mal və materiallar, avadanlıqlar formasında aktivlərlə təmin edildilər.

Qəbələ rayonunda şəhid Abdurəhmanov Elvinin atası Abdurəhmanov Əbülfəz, şəhid Bayramov Çoşqunun atası Bayramov Dilbər, şəhid Üzeyirov Müşviqin atası Üzeyirov Qoşqar və Vətən müharibəsində yaralanmış Şirinov Tural, Baxışov Murad, İsrafilov Zaur da özünüməşğulluq proqramına cəlb edilməklə, aktivlər aldılar.

Onlar verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar.

Nazirlik postmüharibə dövrünə aid Tədbirlər Planı əsasında şəhid ailələri və müharibə iştirakçılarının proqrama cəlb edilməsi və aktivlərlə təminatı işlərini davam etdirir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × four =