Ləman Yüzbaşova:”Ölkəmiz dünyaya multikulturalizmin Azərbaycan modelini təqdim edir”

0

Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir.

Heydər Əliyev

Bəşəriyyətə tolerantlıq, humanizm kimi ideyaları bəxş edən, sülh carçısı sayılan İslam dini dünya nizamının bərqərar olmasında, beynəlxalq münasibətlər sisteminin yaranmasında hər zaman müstəsna rol oynamışdır. Müsəlman dünyasının üzvü kimi Azərbaycan dövləti İslam dininin mənəvi əxlaqi keyfiyyətlərinin qorunub saxlanmasında əvəzsiz rolu vardır. Hələ Sovet hakimiyyəti illərində Azərbaycanda bir çox siyasi təbəddülatlar,həmlələr olsa da, xalqımız məscidləri, ibadətgahları, ziyarətgahları, dini dəyərləri qoruyub saxladı. Müstəqillik qazandıqdan sonra dövlətimizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri də xarici və beynəlxalq təşkilatlarla diplomatik əlaqələr qurmaq, bir sıra xarici və qonşu ölkələrlə dostluq münasibətlərinin möhkəmləndirilməsinə nail olmaqdır. Bu konteksdə Azərbaycan 1992-ci il İslam Əməkdaşlıq Təşkilatına (İƏT), 1991-ci il İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına (İSESKO) üzv olmuş, üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli layihələr həyata keçirmişdir. Təsadüfi deyil ki, bu gün dünya miqyasında müxtəlif formatlı beynəlxalq tədbirlərə ev sahibliyi edən paytaxt – Bakı şəhəri 2009-cu ildə İSESKO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı seçilmişdir, artıq demek olar ki, Bakı şəhərində bu ənənənin bünövrəsi qoyulub. Eləcə də dünya müstəvisində manevr edən dini iğtişaşların, münaqişələrin həllində öz töhvəsini verir və hər zaman prinsipial mövqe sərgiləyir. Azərbaycan 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”na, “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizliyinin yaradılması” adlı konfransa ev sahibliyi etmişdir. Bu gün müxtəlif dini və etnik qrupların, etno-mədəni tərəflərin nümayəndələrinin Azərbaycan da sülh və qardaşlıq şəraitində yaşaması dünyaya yeni model- multikulturalizmin Azərbaycan modelini təqdim edir.

“Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq” deyən Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycanda yaşayan xalqların öz dinlərinin, dillərinin, dini və mənəvi dəyərlərinin qorunub saxlanmasına xüsusi önəm vermişdir.

Bu gün Qəbələdə udilərin yaşadığı Nic kəndi, Qubada Qırmızı Qəsəbə, Oğuzda Yuxarı və Aşağı məhəllə sinaqoqları, Şəmkirin Kiş kəndi multikulturalizm siyasətinin yüksək təbliğinin aynasıdır. Bunu bir daha cənab prezidentin “ 2016-cı il Multikulturalizm ili” elan etməsi təsdiqlədi. Azərbaycan xalqı müxtəlif səmavi dinlərin və mədəniyyətlərin nümayəndələri ilə dözümlülük şəraitində yaşayaraq tolerantlıq prinsipini-milli-mənəvi dəyərlər sistemini möhkəmləndirdi. Hər il keçirilməsi ənənənə halını alan Mədəniyyətlərarası dialoq Forumu, Beynəlxalq Humanitar Forumlar artıq Azərbaycanı İslam aləmində ən sivil,ən tolerant ölkə kimi tanıtmışdır.Ölkəmiz Müsəlman ölkəsi kimi hər zaman bu gün geniş vüsət almış ksenofobiya, islamafobiya meyillərinə qarşı kəskin mübarizə aparır.Bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyəti də danılmazdır. Fondun dəstəyi ilə məşhur Luvr Muzeyində İslam bölməsinin təşkilində fəal iştirak etmişdir. Eyni zamanda Vatikanda sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsidir. Belə ardıcıl tədbirlər həyata keçirən cənab prezident 2017-ci ildə İslam Həmrəyliyi ili elan etdi. Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarlığı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq ölkənin təmsilliyi islam mədəniyyətinin ən ülvi incisi, ən ali həmrəyliy nişanəsidir. Bundan əlavə ölkəmiz Bakı İlk Avropa Oyunları, Beynəlxalq Gənclər Forumu, Musiqi Festivalları, idman yarışlarına ev sahibliyi etməklə müxtəlif dini konfesssiyaların, millətlərin nümayəndələrini dialoqa dəvət edir, birlikdə dünyanı islamafobiya, ksenofobiya, irqçillik meyillərindən qoruyur.Belə ardıcıl və sistemli şəkildə beynəlxalq tədbirlərin keçirilməsində məqsəd müsəlman aləmində sülh və əmin-amanlığı bərqərar etmək, müsəlman ölkələrini bir amal ətrafında birləşdimək, bəzi xarici qüvvələrin islam dünyasına qarşı destruktiv mövqelərinin qarşısını almaq, qloballaşan dünayada davamlı və dayanıqlı inkişafı təmin etməkdir. Cənab prezidentin müəllifi və təşəbbüskarı olduğu beynəlxalq və qlobal miqyaslı tədbirlər nəinki islam dünyasına, eləcə də Avropa aləminə verilən siyasi mesajdır.

Ləman  Yüzbaşova,

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında Qadınlar Şurasının sədri

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × four =