Ölkəmizin dünyanın siyasi arenasında nüfuzu artmaqdadır-Fuad Muradov

0

Azərbaycanın dünyaya inteqrasiya siyasəti. ABŞ və Avropa münasibətləri.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın xarici siyasət xəttində ciddi dönüş nöqtəsi oldu. Xarici siyasətin istiqamətlərindən ən başlıcası qonşu dövlətlərlə, o, cümlədən Avropa və Amerika ilə qarşılıqlı əlaqələrin qurulması idi. İnkişaf etmiş dövlətlərin idarəçilik modellərini mənimsəmək, düzgün qiymətləndirmək və milli maraqlara uyğun ölkəmizdə tətbiq etmək, və xarici siyasətdə beynəlxalq münasibətlər sisteminə inteqrasiya etmək xüsusi əhəmiyyət kəsb edirdi. Xüsusən də iri biznes korporasiyalarına malik ölkələrin, diqqətini çəkmək, ölkəyə investisya axınını təmin etmək, xarici siyasətdə əsas hədəflərdən biri idi. Bunun üçün ölkəmizin təbii sərvətlərindən, xüsusən də neft-qaz sənayesindən məqsədyönlü və planlı şəkildə istifadə etmək əsas prolitet məsələlərdən biri idi. Bu baxımdan dünya siyəsətinin müəyyənləşdirilməsində əsas rol oynayan iqtisadi-siyasi güc mərkəzlərinin ölkəmizə marağını artırmaq, Amerika, Avropa və Asiya siyasi modellərinə malik ölkələrlə sıx qarşılıqlı əlaqələr yolunda sürətli işlər görmək vacib idi. Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin fevralında Böyük Britaniyaya rəsmi səfəri, “Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında dostluq və əməkdaşlıq haqqında” Birgə Bəyannamənin imzalanması ölkəmizin Avropaya isteqrasiyası istiqamətində əhəmiyyətli hadisə idi. Böyük Britaniya 1993-cü ilin sentyabr ayında Azərbaycanda öz səfirliyini açmışdı. Azərbaycan isə 1994-cü ilin yanvarında Böyük Britaniyada diplomatik nümayəndəliyini təsis etdi. Bu siyasətin məntiqi davamı kimi 1998-ci ilin iyulunda Ümumilli Lider Heydər Əliyevin Böyük Britaniyaya yenidən rəsmi səfəri, “Azərbaycan Respublikası Prezidentinin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Baş Nazirinin dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Birgə Bəyannaməsinin imzalanması artıq ölkəmizin Avropadakı gələcək uğurlarının xəbərçisi idi. Bundan öncə isə 1994-cü il, 20 sentyabrında Qərbin iri Neft Şirkətləri ilə “Əsrin Müqaviləsi”-nin imzalanması Azərbaycanın Avropa siyasi arealında nüfuzunu daha da artırmış, iri enerji istehsalçılarının ölkəmizə olan maraqlarını gücləndirmişdi. Azərbaycan hələ SSRİ-nin tərkibində olarkən Avropa qitəsinin başqa dövlətlərindən fərqli olaraq Mərkəzi və Şərqi Avropa ölkələri ilə müəyyən iqtisadi və mədəni əlaqələrə malik idi. Azərbaycanın əlverişli və əhəmiyyətli geosiyasi vəziyyəti və onun Avropa-Asiya Nəqliyyat-Kommunikasiya əlaqələrinin mərkəzində yerləşməsi, MDB respublikaları arasında tam müstəqil siyasət yeritməsi, Qərbə, xüsusən də Avropaya meyl göstərməsi özlüyündə Azərbaycanı regionda Avropanın əsas nüfuz dairəsinə çevrilməsinə gətirib çıxartmışdı. Avropanın güclü dövlətləri ilə iqtisadi-siyasi əlaqələrin qurulması Azərbaycanın Beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinin dəstəklinməsi demək idi. Qərb dövlətləri Azərbaycanın iqtisadi potensialını, strateji imkanlarını layiqincə dərk edərək, öz maliyyyə və texnoloji vəsaitlərini həvəslə tətbiq edir və bunun gələcəkdə hər iki tərəfə verə biləcəyi faydanı düzgün qiymətlindirirdilər.
Azərbaycan xarici siyasətdə önəm verdiyi əsas məsələlərdən ən başlıcası da ABŞ-la ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi idi. Öncəliklə qeyd edim ki, ABŞ öz müttəfiqləri ilə birgə dünya siyasətini müəyyən edən əsas mərkəz olmaqla yanaşı, müasir dövrdə planetimizdə fəaliyyət göstərən bütün beynəlxalq və regional təşkilatların aparıcı üzvü və həm də böyük iqtisadi-siyasi nüfuza malikdir. Dünyanın bu fövqəldövləti ilə Azərbaycan arasındakı münasibəti şərtləndirən əsas amilllər, ABŞ-ın ölkəmizin beynəlxalq təhlükəsizliyinə və müstəqilliyinə təminat vermək, dövlətlərarası münasibətlər sisteminə inteqrasiya olunmasına yardım etmək imkanları və digər yandan Azərbaycanın ABŞ-ın milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii sərvətlərə malik olması və beynəxalq prinsiplərə uyğun sivil xarici siyasət xətti yeritməsidir. ABŞ-Azərbaycan əlaqələri 19-cu əsrə təsadüf edir. Hələ 19-cu əsrin 70-80-ci illərində Bakı neft sənayesinin yaranması və formalaşması dövründə ABŞ-ın iri şirkətləri Azərbaycan neftinə maraq göstəriblər. 1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqillik haqqında Konistitusiya aktı qəbul ediləndən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən biri də ABŞ oldu. Elə həmin ilin dekabrın 25-də Vaşinqton Azərbaycan dövlətini rəsmi tanıdığını elan etdi. Bunun ardınca isə 1992-ci ilin mart ayında ABŞ Azərbaycanda öz səfirliyi açdı. ABŞ bu illər ərzində Azərbaycanla qarşılıqlı əlaqələrdə maraqlı olduğunu bildirmişdir. Hətta 1992-ci ilin iyul ayında ABŞ prezidenti birinci Corc Buş Azərbaycan prezidentinə məktub ünvanlayaraq ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazır olduğunu bildirmişdir. Lakin həmin dövrdə respublikaya rəhbərlik etmiş şəxslərin yarıtmaz siyasəti nəticəsində dünyanın supergüc dövlətinin bu addımı layiqincə qiymətləndirilə bilmədi. 1992-ci ildə Əbülfəz Elçibəyin xarici siyasət sahəsində səriştəsiz fəaliyyəti ABŞ-ın Azərbaycana olan maraqlarını heçə endirdi. Bütün bu mənfi proseslər və ABŞ-dakı erməni diasporunun da təsiri ilə 1992-ci ilin axırlarında ABŞ Konqresi Azərbaycana hər cür yardımı qadağan edən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəliş deyilən sənədi qəbul etdi. Bu o dövürdə muharibənin mərkəzində olan Azərbaycan üçün çox ağır bir zərbə idi. ABŞ-ın Azərbaycan üçün əhəmiyyətini, ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün ABŞ-la münasibətlərin bərpa olunmasının vacibliyini dərk edən Ümumilli Lider Heydər Əliyev hələ Naxçıvan MR Ali Sovetinin sədri kimi 1993-cü ilin yanvarında o vaxtkı ABŞ prezidenti Bill Klintona məktub göndərdi. Ümumilli Liderin məktubu Ağ Evdə müsbət reaksiya doğurdu. Bunun ardınca ABŞ-ın o dövrdə ölkəmizdəki səfiri Riçard Mayls Naxçıvana gələrək Heydər Əliyevlə görüşdü. Bir qədər sonra ABŞ-ın Azərbaycana olan hər cür yardım qadağasına baxmayaraq ABŞ-ın humanitar yardım təyyarəsi Naxçıvana gəldi. Bu ABŞ-Azərbaycan əlaqələrinin ilk uğurlu nəticəsi kimi tarixə yazıldı. 1993-cü ildə Hakimiyyətə gələn Heydər Əliyev ABŞ-Azərbaycan dialoqunun qurulması, və ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətindi fəaliyyətə başladı. Bu hər iki ölkə arasındakı diplomatik əlaqələrin yeni erasının başlanması demək idi. 1994-cü ilin ortalarından isə ABŞ-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf yoluna qədəm qoydu. Belə ki 1994-cü il iyunun 10-da Heydər Əliyev Türkiyəyə işgüzar səhəri zamanı ABŞ dövlət katibi U.Kristofer ilə görüşü xüsusi əhəmiyyət kəsb etmişdir. Görüş zamanı bir sıra strateji və taktiki məsələlər müzakirə edilmişdir. 1995-ci il oktyabr ayında BMT-nin 50 illik yubileyində iştirak edən Heydər Əliyev Nyu-Yorkda ABŞ prezidenti Bill Klintonla görüşmüş və iki ölkə arasında əmikdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması istiqamətində müzakirələr aparmışdır. Beləliklə də 1996-cı ildən hər iki ölkə arasında artıq tərəfdaşlıq və əməkdaşlıq istiqamətində böyük işlərə başlanılmışdır. 1997-ci ildən ATƏT-in Minsk qrupunun həmsədirlərindən biri kimi fəaliyyətə başlayan ABŞ, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərməyə başladı. Heydər Əliyevin fəaliyyəti nəticəsində ABŞ-Azərbaycan münasibətləri strateji partnyorluq mərhələsinə qədəm qoydu. İlham Əliyevin hakimiyyəti illərində isə iki ölkə arasında iqtisadi siyasi əlaqələr, transmilli məsələlərin müzakirəsi sürətlə davam etdirildi. 2016-cı ildə ABŞ prezidenti Barak Obamanın dəvəti ilə prezident İlham Əliyev Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün ABŞ-da rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində bir sıra görüşlər keçirən ölkə başçısı ölkələrimiz arasında əlaqələrin uğurla davam etdiyini bir daha dünya siyasi arenasından səsləndirmişdir. ABŞ dövlət katibi Con Kerri Sülhməramlı əməliyyatlara verdiyi tövhələrə, və Əfqanıstandakı missiyasına görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirmişdir
2017-ci ilin sentyabrında Prezident İlham Əliyev Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar təşkil olunmuş qəbulda ABŞ Prezidenti Donald Trump ilə görüşdü. Ölkəmizin bu uğurları hər zaman daxili və xairici düşmənlərimizdə qıcıq yaratsa da Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bütün bunlar ikinci planda qalmışdır. 2017-ci il iyulun 12-də ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bildirdi ki, ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub. Hər iki ölkə öz milli maraqları istiqamətində uğurlu işlər aparmaqdadır. Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə ciddi dəstək verir.
2018-ci il üzrə də ABŞ-Azərbaycan əlaqələrinin uğurla davam etdirildiyini bildirən İlham Əliyev Amerika prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənubi Qaz Dəhlizinin rəsmi açılışı münasibəti təbrik məktubunun xüsusi vacibliyini qeyd etdi. Hər iki ölkə arasında siyasi iqtisadi, Transmilli cinayətkarlığa, terorizmə qarşı mübarizədə, həmçinin Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak istiqamətində xeyli işlər görülmüşdür. Bu günlərdə isə ABŞ prezidenti Donald Tramp “28 May-Respublika Günü” mübasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda həmçinin iki ölkə arasında qarşılıqlı münasibətlərin uğurla davam etdirilməsinin məmnunluğu ifadə olunub. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dünyanın ən güclü ölkələri ilə sağlam qarşılıqlı əlaqələrə malikdir. Ölkəmizin dünyanın siyasi arenasında nüfuzu günü-gündən artmaqdadır. Bütün bu həqiqətlər ölkə başçısı İlham Əliyevin uğurlu siyasi fəaliyyətinin və Ümumilli Lider Heydər Əliyevin bizlərə miras qoyduğu dövlətçilik ideologiyasının nəticəsidir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seven + fourteen =