Ölkənin 10 yaşlı təhsil şirkəti yubiley tədbiri keçirdi -fotolar (YENİLƏNİB)

0

Biz Ulu Öndərin miras qoyduğu Azərbaycana layiq vətəndaşlar yetişdirmək istəyirik.

Respublikanın ən qabaqcıl və sürətlə inkişaf edən təhsil təşkilatlarından biri olan “Kaspi” Təhsil Şirkəti 16 iyun 2017-ci il tarixində 10 yaşını qeyd etdi. Şirkət yubiley tədbirini Gənc Tamaşaçılar Teatrında ədəbi-bədii gecə şəklində keçirdi. “Kaspi” Təhsil Şirkəti üçün bu gün demək olar ki, ikiqat bayram idi: çünki, bu gün şirkətin tərkibinə daxil olan, 2014-cü ildə fəaliyyətə başlamış “Kaspi”Liseyi də ilk məzunlarını buraxırdı. Həm yubiley, həm də məzun gecəsinin qeyd olunduğu tədbirdə şirkətin işçi kollektivi, məzunlar və onların valideynləri ilə yanaşı onlarla ictimai xadim, mədəniyyət nümayəndələri və digər görkəmli şəxslər də  iştirak edirdi.
Tədbirin açılış sözünü söyləyən şirkətin təsisçisi Sona Vəliyeva “Kaspi” nin yaranma tarixindən, missiyasından və gələcək hədəflərindən bəhs etmişdir.Şirkət rəhbəri onu da qeyd etmişdir ki,  “Biz 10 ildə müəyyən işlər görməyə çalışmışıq. Amma bu məqsədlərimizin yalnız bir hissəsidir. Biz qloballaşan dünyada hər birimizin arzuladığı gəncliyi yaratmağa çalışırıq. Biz Ulu Öndərin miras qoyduğu Azərbaycana layiq vətəndaşlar yetişdirmək istəyirik. Bu məqsədlə müəllimlərimiz gecə-gündüz, yorulmaq bilmədən fəaliyyət göstərirlər”.
Gecədə şirkətin 10 illik tarixini əks etdirən  video-çarx göstərilmiş, “Kaspi” liseylərinin incəsənət dərnəyinin şagirdləri tərəfindən hazırlanmış kompozisiyalar, rəqslər, səhnəciklər nümayiş olunmuş, xor şəklində mahnılar səsləndirilmişdir.
“Kaspi” Təhsil Şirkətinin direktoru Elnur Əliyev hesabat xarakterli çıxışı ilə gələn qonaqları məlumatlandırmış, əsasən, şirkətin 10 il ərzində əldə etdiyi nailiyyətlərin əldə olunma səbəblərinə köklənmiş və qazanılmış bütün uğurlarda iştirak edən hər kəsə öz minnətdarlığını bildirmişdir.
Tədbirdə Kaspi Abituriyent kurslarında təhsil alaraq 700 bal toplamış tələbə Vahab Cəbrayılov da xüsusi mükafatla təltif olunmuşdur, həmçinin o, yenicə təsis olunmuş “Kaspi” təqaüdünü də şirkət adından qəbul etmişdir. Bundan başqa, tədbirdə iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi “Kaspi” Liseylərinin beynəlxalq olimpiada və yarışlarda qalib gəlmiş şagirdlərinə mükafatlar və diplomlar təqdim etmişdir.
Qeyd edək ki, “Kaspi” Təhsil Şirkəti medianı da unutmamışdır. Belə ki, 10 il ərzində şirkətə informasiya dəstəyi göstərən media nümayəndələrinə də millət vəkili Əflatun Amaşov tərəfindən diplomlar verilmiş, onlara xüsusi təşəkkürlər ifadə olunmuşdur.

“Kaspi” Təhsil Şirkəti 2007-ci ildə xarici dillərin tədrisi ilə məşğul olan bir mərkəz kimi fəaliyyətə başlamış,
keçən 10 il ərzində fəaliyyətini genişləndirərək 2 lisey, 4 uşaq bağçası, 11 filial, 7 yerli nümayəndəlik açmış və “şirkət” statusunu qazanmışdır.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven − eleven =