Ölü heyvan ətindən dönər hazırlanır – Faktlar var

0

ramistzAzərbaycanda ölmüş heyvanların ətindən dönərdə istifadə edildiyi barədə faktlar aşkarlanıb.

Millixəbər.az xəbər verir ki, bunu “APA-Economics”ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib. Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı monitorinqə başlanıb: “Biz istəyirik ki, bu dönər ətləri kustar üsulla, yəni, dönərxanaların özündə yox, müasir standartlara cavab verən müəssisələrdə hazırlansın. Bu ətlərin xaricdən də gətirilməsi mümkündür. Amma əsas tələbimiz odur ki, dönər ətinin istehsalı zamanı təhlükəsizlik tələbləri yerinə yetirilsin”, – deyə R. Həsənov qeyd edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

17 − seven =