Oqtay Şirəliyev onu Səhiyyə Nazirliyinin baş mütəxəssisi təyin edib

0

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri Rəşad Şolan Səhiyyə nazirinin əmri ilə Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi təyin olunub.

Bu barədə Millixəbər.az-a Mərkəzdən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Rəşad Şolan icra etdiyi mürəkkəb cərrahi əməliyyatlarla tanınıb.

O, özü haqqında bu ifadəni təkrarlamağı sevir: “Mən həm insan kimi radikalam, həm də cərrah kimi”. Yerli media onu virtuoz cərrahi istedadına görə “qızıl əllər” kimi qələmə verir.

R.Şolan cərrah-uroloq olaraq, uroloji cərrahiyyənin bütün sahələri, eləcə də böyrək transplantasiyası üzrə çalışır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eighteen − twelve =