Pənah Azəri: Müxalifət İbrət Dərsi Almır

0

Mən bir jurnalist, yazıçı kimi 19 yanvar 2019-cu il tarixdə müxalifət tərəfindən keçirilən icazəli mitinqə baxış keçirmək məqsədi ilə iştirak etdim. Hərçənd ki, palto geydiyimdən jurnalist jletim əynimə gəlmədi. Mitinqə münasibətim mənfi oldu. Ən azı ona görə ki, mitinqin təşkilatçıları xalqın inamını itirmiş adamlar idilər. Bir vaxtlar öz liderlərinə xəyanət edən İsgəndər Həmidov, Əli Kərimov və digərlərinin hansı üzlə tribunaya çıxıb demokratiyadan danışmaqları adamda şübhə doğurur. Son 15 ildə İlham Əliyev cənablarının ölkədə apardığı islahatları özündən razı olan müxalifətçilər məgər görmürlər? Yetmiş ildə Sovet dövlətinin Azərbaycana vermədiyini ölkə Prezidenti İlham Əliyev Azərbaycan dövlətinə və onun xalqına 15 ildə veribdir. Ölkənin hava, su, dəniz, avtomobil yolları ən yüksək səviyyədə qurulubdur. İqtisadiyyat, Kənd Təsərrüfatı, mədəniyyət, elm ocaqları, Səhiyyəmizdəki yeniliklər, Tikinti sahəsindəki irəliləyişlər məgər müxalifət liderlərinin gözlərindən uzaqdır? Azərbaycanda çox yüksək səviyyədə inkişaf var və bu inkişafı davam etdirən Prezident İlham Əliyevdir. Belə bir inkişafı görməmək mixalifət liderləri və bu lederlərin sözlərinə uyan vətəndaşlarımız üçün ən azı məsuliyyətsizlikdir.

Hazırladı: Pənah Azəri

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

14 + 2 =