PA-da vəzifəli şəxs işdən çıxarıldı – FOTO

0

Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf işdən çıxarılıb.

“Index” Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Rövşən Nəcəfin adı “Struktur” bölməsindən yığışdırılıb.

Xatırladaq ki, Rövşən Nəcəf ölkə başçısının sərəncamına əsasən, ötən ilin may ayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilmişdi.

Bu təyinatadək o, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olaraq işləyib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × three =