Partiya sədri:”Əli Kərimli Qərb dövlətləri qarşısında yaxşı görünmək üçün belə anormal hərəkətlərə əl atır”

0

“AXCP sədri Əli Kərimli zaman-zaman müxtəlif yalanlar uyduraraq gündəmdə qalmağa, xarici dairələrin gözünə girməyə çalışır. İndiyə qədər ölkədə cərəyan edən prosesləri nəzərdən keçirsək, konkret faktlara istinad etsək, görəcəyik ki, Əli Kərimli və digər müxalif ünsürlərin dedikləri yalnız boş-boş sözlərdir”.Millixəbər.az-ın məlumatına görə  bu fikirləri SİA-ya açıqlamasında “Yurddaş” Partiyasının sədri Mais Səfərli deyib.

AXCP sədri “Milli Şura” adlı kiçik qurum vasitəsilə cəmiyyətə təsir göstərməyə çalışdığını deyən partiya sədri söyləyib ki, Əli Kərimli zaman-zaman ortaya atdığı fikirlər, iddialarla fərqlənmək istəsə də, onun istəkləri hər zaman iflasa uğrayıb: “Çünki o, xaricidən aldığı müəyyən tapşırıqla bu cür fəaliyyətlər həyata keçirir”.

M.Səfərli söyləyib ki, 90-cı illərin əvvəlində AXC-Müsavat hakimiyyətinin yarıtmazlığını unutmayan xalqımız onlara, xüsusən də Ə.Kərimli kimi radikallara etimad göstərmir: “Ona görə də, bunlar ictimai rəyə təsir etmək qabiliyyətinə malik olmaq üçün müəyyən təşəbbüslərlə çıxış edir, müxtəlif yalanlar, iddialar ortaya atırlar. Onlar tərəfindən səslənən fikirlər boş-boş iddialardır. Sadəcə olaraq, Əli Kərimli Qərb dövlətləri qarşısında yaxşı görünmək üçün belə anormal hərəkətlərə əl atır”.

Partiya sədri qeyd edib ki, radikal müxalifət düşərgəsinə liderlik etmək istəyənlərin hər biri bu cür fəlakətə düçar olub: “Bu baxımdan AXCP sədrinin söylədikləri özünü gündəmdə saxlamaq istəyindən başqa bir şey deyil”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twelve − two =