Paşinyan Medvedevi gecə klubuna apardı

0

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasına qatılmaq üçün Yerevanda səfərdə olan rusiyalı həmkarı Dmitri Medvedyevi aprelin 29-da gecə saat 10-da “Club-12” adlı gecə klubuna aparıb. Bu barədə klub sahibi Narek Manukyan məlumatverib.

O deyib ki, liderlər gözlənilmədən kluba gəliblər və desert, paxlava sifariş veriblər. Məşhur mahnılardan birini çox bəyənən Medvedevlə Paşinyan günün yorğunluğunu rəqs edərək çıxarıblar.

“Çox pozitiv atmosfer idi. Onlar rəsmi geyinməmişdilər. Ünsiyyət formaları da rəsmi deyildi”, – deyə Manukyan bildirib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two − one =