Pediatr Kəmalə Əmrahovadan Uşaqlara keçən QRİPLƏ bağlı VLİDEYNLƏRƏ MƏSLƏHƏT

0

Millixəbər.az saytının sizləri tibbi maarifləndirmək və sağlamlığınızı qorumaq üçün fəaliyyət göstərən “Həkimlə Biz” rubrikası pediatr Kəmalə Əmrahovanın tibbi maarifləndirici fikirlərini təqdim edir.

QRİP VİRUS İNFEKSİYASİ

Uşaqlarda qrip virus infeksiyası əsasən məktəblərdə,baxçalarda, əyləncə mərkəzlərində və kollektiv olan yerlərdə hava -damci yolu ilə keçir. Asqırma ,öskürək, uşaqların oyuncağları vasitəsilə keçir.Qrip virus infeksiyasının klinikası :Kəsin başlayır qızdirma 39 C dərəcəyə kimi qalxır ,üşütmə ,boğazda qızartı və ağrı ,öskürək,gözlərdə qızartı ,qaşınma ,qarın işləməsi (ishal ) ,gün ərzində 10-15 dəfə nəcis selikli, halsızlıq,iştahın olmaması,ürək bulanma,burun tutulması,nəfəsalmanın cətinləşməsi,kimi hallar olur. Qripin ağır formaları:Temratur 40-C dərəcəyə kimi qalxması, qicolma ,burun qanamalari ,tənəffüs çatışmamazlığı və ürək damar sistemi çatışmamazlığı, zamani xəstəxanaya yerləşdirmək lazımdır.

QIZDIRMA ZAMANI UŞAQLARA İLK YARDIM

Qızdırmanın səbəbini bilmək nədən qalxır. Temratur 37.5 kimi heç bir tədbir görülməməli temratur 38 C dərəcə olarsa uşaqlara parasitamol tərkibli siroplar verilir bədəni ilıq su ilə silinir və həkimə muraciət edilir,gözləmək lazımdır ki, temratur yavaş yavaş düşsün.Əgər uşaqda nevralojı problem varsa temraturun yüksəlməsinə imkan vermıməliyik qabaqcadan tədbirlər görürlməli (37.5C dərəcə ) olan kimi.

QIZDIRMANIN AGİRLAŞMALARI

Nevraloji ağırlaşmalar:Miningit ,meninqoensefalit,nevritlər,MSS nin zədələnməsi ən çox az yaşlı uşaqlarda olur beyin ödemi qan sızma olur. MÜALİCƏ həkim pediatr təyin edir. simptomatik aparılır ev səraitində olur,ağır vəziyyətlərdə xəstəxanaya yerləşdirilir . Qızdirma salici parasitamol tərkibli dərman verilir .Oskürək zamanı , öskürək əleyhinə dərmanlar ,boğaz ağrıları zamani boğaz spreyleri, burun tutulmaları zamani burun spreyləri tökülür.

 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

ten − 7 =