Politoloq: “Paşinyanın Rusiyaya səfəri uğursuz, nəticəsiz və utancverici olub”

0

“Paşinyanın Rusiyaya səfəri uğursuz, nəticəsiz və utancverici olub. Ümumiyyətlə hamıya məlumdur ki, Rusiya indiki Ermənistan rəhbərliyini qəbul etmir. Çünki tamamilə əvvəlki rəhbərlərdən başqa bir siyasi kurs götürüblər”.Millixəbər.az-ın məlumatına görə bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

 

Politoloqun sözlərinə görə, yəni Rusiyanın bilavasitə yaxını olan Ermənistanın əvvəlki prezidentinin həbs olunması və həbsdə olan prezidentə Putinin təbrik göndərməsi, Paşinyanın müxtəlif manevr etməsi (yəni bir gözü qərbdə, bir gözü Rusiyada olması) artıq rəsmi Moskvanı qane etmir: “Ermənistan forpost ölkədir. Rusiya tam arxayın olmalıdır ki, bu forpost ölkə Rusiya öl deyəndə öləcək, qal deyəndə isə qalacaq”.

Amma Paşinyanın indiki siyasəti fərqli olduğuna görə, Rusiya rəhbərliyi də onu qəbul etmir. Ona görə də bu soyuqluq əvvəldən də məlum idi. Meydandan hakimiyyətə gələn Paşinyan verdiyi vədlərə də əməl edə bilməyəcək. Çünki o arxayındır ki, Avropa Birliyindən alacağı müəyyən maddi yardımla problemlərini həll edəcək, islahat keçirəcək. Amma onlar da o yardımı vermək üçün şərtlər irəli sürürlər ki, ən azı Rusiya hərbi bazaları Ermənistandan çıxmalıdır. Bu mənada hesab edirəm ki, Paşinyanın uğursuzluğu göz önündədir. Bu sərt qışdan Ermənistan əhalisi faicələrlə üzləşəcək. Artıq Rusiya da Ermənistana verdiyi qazın qiymətini artırdı. Yəqin ki, bu da yazda növbəti hakimiyyət böhranına gətirib çıxaracaq”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × 4 =