Polşada erməni təxribatına qarşı etiraz aksiyası

0

Polşada növbəti erməni təxribatının qarşısının alınması üçün etiraz aksiyası keçirilib.

 

Millixəbər.az AzərTAc-a istinadən xəbər verir ki, Polşada yaşayan ermənilər Ermənistanın qondarma tarixindən bəhs edən “Kraj wojny Marzeń” adlı filmi “Kino Kultura” adlı kinoteatrda nümayiş etdirməyi planlaşdırmışdırlar. Filmin nümayişi müsəlman dünyasını, eləcə də Azərbaycanı nüfuzdan salmağa hesablanmışdı. Lakin Polşadakı həmyerlilərimiz bu çirkin arzunun həyata keçməsinə imkan verməyiblər.

“Polşa Azərbaycanlıları Birliyi” tərəfindən əvvəlcə həmin kinoteatra rəsmi şəkildə şikayət olunub, həmyerlilərimizin narazılığı bildirilib. Daha sonra kinoteatrın qarşısında mitinq təşkil olunub. Kinoteatrın rəhbərliyi geriyə heç bir addım atmadığı üçün Varşava şəhər polisindən kütləvi aksiya üçün icazə alınaraq yenidən etiraz mitinqi təşkil olunub. Əlliyə yaxın soydaşımızın etiraz etdiyi aksiyada filmi izləməyə gələn polyaklara məsələ ilə bağlı haqlı mövqeyimiz çatdırılıb. Eyni zamanda, şəhər sakinlərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı məlumat xarakterli broşürlər paylanılıb.

Aksiyanın təşkilatçısı “Polşa Azərbaycanlıları Birliyi”nin sədri Fərid Cəfərli şüarlar səsləndirərək ermənilərin, eyni zamanda, kinoteatrın atdığı bu addımı pisləyib. Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə keçirilən aksiya film bitənə qədər davam edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

14 + three =