Prezident Gömrük Akademiyasına yeni rəis təyin etdi

0

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin Akademiyasına rəis təyin edib.

Bununla bağlı sərəncamda bildirilir ki, Qulu Novruz oğlu Novruzov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilsin.

Modern.az saytı Qulu Novruzovun tərcümeyi-halını təqdim edir:

Novruzov Qulu Novruz oğlu 1970-ci ildə anadan olb. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1999-cu illərdə təhsil aldığı fakültənin dekanlığında metodist vəzifəsində çalışib.

1999-cu ildən Baki Dövlət Universitetitinin beynəlxalq ümumi hüquq kafedrasının müəllimidir. 2000-2007-ci illərdə Təhsil Nazirliyində Xaricdə təhsil alan tələbələr üzrə iş sektorunun müdiri vəzifəsində, 2007-2010-cu illərdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-2013-cü illərdə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsində işləyib.

Fransanın Nitsa Sofia-Antipolis, ABŞ-ın Minnesota və Kanzas universitetlərində, Beynəlxalq Əmək Təşkilatının Turindəki təlim mərkəzində, həmçinin Yapon Beynəlxalq Əməkdaşlıq Agentliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin müvafiq ölkələrdə muxtəlif təlim proqramlarını tamamlayıb.

2005-2006-cı illərdə Amerika Beynəlxalq Təhsil Şurasınm həyata keçirdiyi Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı (JFDP) üçün keçirilmiş müsabiqənin qalibi kimi ABŞ-ın Vaşinqton Universitetinin Hüquq məktəbində qonaq alim statusunda proqram kursunu tamamlayıb və tədqiqat aparıb.

2003-2010-cü illərdə Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin, 2007-2011-ci illərdə isə İSESCO İcraiyyə Komitəsinin üzvü kimi Azərbaycanı təmsil edib. 2010-cu ildə beynəlxaiq hüquq sahəsində hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 30-dan artıq elmi məqalə, bir monoqrafiya, bir neçə proqram və metodik vəsaitin müəllifidir.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 30-dək dövlət ilə müxtəlif Hökumətlərarası Komissiyaların, BMT-nin ixtisaslaşmış qurumları və Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı təmsilçi nümayəndə heyətlərinin, Dövlət Komissiyalarının, həmçinin Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.

2013-2016-cı illərdə Təhsil Problemləri İnstitutunun (indiki Təhsil İnstitutu) direktoru, 2016-cı ildən isə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb. Qeyd olunan  iki müəssisəyə rəhbərliyi dövründə köklü və radikal islahatların müəllifi kimi tanınıb.

Bu ilin sentyabr-oktyabr aylarında aparılan virtual sorğuda onun rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Kolleci respublikanın ən yaxşı kolleci seçilib.

Keçmiş Sovet ordusu sıralarında iki illik həqiqi hərbi xidməti tamamlayıb, ehtiyatda olan zabitdir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twelve − 11 =