“Prezident İlham Əliyev əhalini sevindirməyə davam edir” – FOTO

0

“Prezident İlham Əliyev və Birinci Vitse prezident Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar. Prezident, “Artım böyük olsa da bu bizi qane etmir” deyib.

Bu, Preizdent İlham Əliyevin xalqını, millətini nə qədər çox sevdiyinin sübutu, bariz nümunəsidir. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab Prezident İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən qüdrətli dövlətinə çevirib. Məhz buna görə, xalq onu sevir və hər zaman yanında olacaqdır.

Müstəqil Azərbaycanın məhz cənab İlham Əliyevin rəhbərliyi ilə ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərə yüksəlməsi də dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında idarə edilməsi nəticəsində mümkün olub. İlham Əliyev Prezident olduğu vaxtdan bəri hər zaman xalqın rifahı üçün əlindən gələni etmişdir.

O, xalqın güzəranının yaxşılaşdırılması istiqamətində bir çox işlər görmüşdür. Şübhəsiz ki, xalq cənab Prezidentin yürütdüyü siyasətdən məmnundur və günü-gündən çiçəklənən Azərbaycanın sürətli inkişafını görür. Buna görə də, xalq prezidentinə arxalanır və öz prezidentinin yanındadır. Bu yaxınılarda on milyonuncu sakinə göstərilən diqqət və qayğı bunu göstərdi ki, İlham Əliyev bütün xalqını sevir. İlham Əliyev elə bir siyasəti davam etdirir ki, bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət millətin rifahı və rahat yaşaması üçün düzgün qurulmuş bir sistemdir. Azərbaycan xalqı bu siyasəti həmişə dəstəkləyib və dəstəkləyəcəkdir. Bir xalqın nümayəndəsi olaraq bildirmək istəyirəm ki, İlham Əliyevin atdığı addımlar nəticəsində ölkədə korrupsiyanın qarşısı qətiyyətlə alınır, vətəndaş – məmur münasibətləri yeni, daha mütərəqqi forma alır, xalqın dövlətinə və Prezidentinə inamı daha da artır”.

Aytəkin Ədalət qızı 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşı

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × 5 =