Prezident İlham Əliyev Lətifə Əhmədovanı “Tərəqqi” medalına LAYİQ GÖRÜB

0
Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif ediliblər:
Millixəbər.az-ın məlumatına görə təltif olunanlar arasında Sumqayıtda sahibkarlıq fəaliyyəti ilə məşğul olan ʺOlimpʺ və ʺDünyaʺ ticarət mərkəzlərinin rəhbəri Əhmədova Lətifə Tərlan qızı da var.
Lətifə xanım Əhmədova əməli və işgüzar fəaliyyətində Ulu Öndər Heydər Əliyev ideyaları ilə çalışan, Prezident İlham Əliyin iqtisadi siyasət xəttini fəaliyyətində rəhbər tutaraq çalışan, Azərbaycan qadınlarının ən böyük lider nümunəsi, xeyirxahlıq və mərhəmət ünvanı olan Mehriban xanım Əliyevanı daima özünə örnək sayan, onunla öyünnən və fəxr edən işgüzarlığı ilə seçilən qadın sahibkarlarımızdan biridir.  Yüksək insani dəyərlərə malik Lətifə xanım Azərbaycan qadınına xas olan bütün insani dəyərləri özündə ehtiva edir. L.Əhmədova gözəl insan olmaqla yanaşı qayğıkeş həyat yoldaşı,ANA,nənə,bacıdır. Lətifə xanım insani keyfiyyətləri ilə çalışdığı kollektivin məhəbbətini qazanıb. Lətifə xanım onun tanıyanların qəlbində dövlətçi, ləyaqətli Azərbaycan qadını kimi özünəməxsus bir yer tutub.
Lətifə Əhmədova Fəlaiyyətinə verdiyi dəyərə və diqqətə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü və minnətarlığını bildirdi. Allah qorusun Prezidentimizı, Birinci xanımımızı, bütün ailə üzvilərini…
 Millixəbər.az redaksiyası adından Lətifə xanım Əhmədovanı “Tərəqqi” medalı ilə təltif edilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir. Ona möhkəm can sağlığı,uzun ömür, fədakar və işgüzar  fəaliyyətində daha böyük uğurlar arzu edirik.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seventeen + 17 =