Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya getdi

0

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Millixəbər.az-a verilən məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxdı, sakinlərlə söhbət etdi.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

8 + one =