Prezident qəzaya düşdü: Anası ilə… – Şok video

0

Moldova Prezidenti İqor Dodon avtomobil qəzasına düşüb.

Axar.az xəbər verir ki, bu barədə Point.md portalı məlumat yayıb.

Məlumata görə, prezidentin korteji Straşen-Kalaraş yolunda yük maşını ilə toqquşub. Toqquşma nəticəsində prezidentin olduğu avtomobil aşıb.

İqor Dodon xəstəxanaya yerləşdirilib. Səhhəti ilə bağlı məlumat verilmir.

***

Avtomobil qəzasına düşən Moldova Prezdenti İqor Dodonun səhhəti ilə bağlı rəsmi açıqlama verilib.

Prezidentin müşaviri Maksim Lebedinski mətbuata açıqlamasında Dodonun özünü yaxşı hiss etdiyini və müalicəyə ehtiyacı olmadığını deyib.

Sosial şəbəkələrdə prezidentin düşdüyü qəzanın görüntüləri yayılıb.

***

Qəza zamanı Moldova prezidentinin anası da avtomobildə olub.

Bu barədə Moldova mətbuatı məlumat yayıb.

Qadın qəza zamanı bir neçə yerdən sınıq xəsarətləri alıb və o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

thirteen + six =