Prezidentdən SƏRƏNCAM:Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi

0

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Millixəbər.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Xatırladaq ki, noyabrın 28-də Yeni Azərbaycan Partiyası və partiyanın Siyasi Şurası Milli Məclisdə YAP-ı təmsil edən deputat korpusuna parlamentin buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət etməsini tövsiyə edib. YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların qanunverici hakimiyyət sferasını da əhatə etməsinin, vətəndaş mövqeyini, milli maraqların, dövlət maraqlarının bütün maraqlardan üstün tutulmasını nümayiş etdirərək partiyanın da geniş şəkildə təmsil olunduğu və çoxluq təşkil etdiyi qanunverici orqanın yenilənməsinin zəruriliyini ifadə edərək bu addımı atıb.

Dekabrın 2-də Milli Məclisin iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı dövlət başçısına müraciət qəbul edilib. Həmin gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 4-də Konstitusiya Məhkəməsinin iclasında Azərbaycan Prezidentinin Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılıb. Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edib.

Qeyd edək ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təklif Azərbaycan Prezidentinin son vaxtlar həyata keçirdiyi islahatlara dəstək məqsədini daşıyır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatların əsas məramı hakimiyyətin bütün qollarını bu prosesə qoşmaq, bütün resurslardan səmərəli istifadə etmək, mövcud potensialı tam realizə etmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaq, idarəetməni yeniləməkdən ibarətdir. Bu, eyni zamanda, Milli Məclisin də yenilənməsi zərurətini yaradıb. Şübhəsiz ki, bu islahatlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun yüksəlməsinə, müasir, demokratik bir dövlət kimi daha da güclənməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına təkan verir. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × two =