Fikrət Quliyev: İlham Əliyevin Paşinyannan üstün olduğu TARİXİ FAKTLARLA açıq aşkar GÖRÜNDÜ

0

Dövlət başçısı İlham Əliyev tarixi faktlara əsaslanaraq Paşinyanın “Qarabağ Ermənistan torpağıdır” iddiasını alt-üst etdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan debat hələ də müzakirə olunmaqda davam edir.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

Tədbirdə birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva da iştirak ediblər.

Azərbaycan Prezidenti  İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol  Paşinyanla debatı çox vacib idi. Çünki münaqişənin mövcud olduğu uzun illər ərzində ilk dəfə olaraq iki dövlətin lideri beynəlxalq aləmin, dünya mediasının gözü qarşısında diskussiya apardılar. Bu diskussiyada Azərbaycan Prezidentinin Ermənistanın baş nazirindən dəfələrlə üstün olduğu açıq aşkar göründü. Göründü ki, işğalçı kimdir, işğalçının məqsədi nədir, siyasəti nədir. Bunu Millixəbər.az-a Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru, iqtisad elmləri namizədi, dosent Fikrət Quliyev olduqca aktual olan görüşlə bağlı münasibət bildirərkən deyib.

F.Quliyev bildirib ki, qlobal səviyyədə münaqişə və digər risk faktorlarının artdığı bir zamanda dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görmək indiki mərhələdə həmişəkindən daha vacibdir. Ona görə də rəsmi Bakının elan etdiyi prioritet istiqamətlərdən biri dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Görünən odur ki, yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycanın beynəlxalq nüfuzu getdikcə yüksəlir.

Prezidenti  İlham Əliyev çıxışında onu da bəyan etdi ki, münaqişənin necə həll edilməsi haqqında danışmaq üçün hər şeydən öncə biz geriyə qayıtmalı və məsələnin tarixinə baxmalıyıq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir.

Prezident İlham Əliyev bir çox məqamları açdı ki, Dağlıq Qarabağ tarixən Azərbaycana bağlı olub, bu torpağın bizdən qoparılmasına heç vaxt imkan verilməyəcək.

Görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ölkəmizin mövqeyini bir daha qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seven − one =