Prezidentimiz cənab İlham Əliyev xalqımızın bu bəladan ən az itki ilə qurtulması üçün dövlətimizin illər boyu qazanmış olduğu güc və qüdrətini səfərbər edib – Deputat

0
İyirmi birinci əsrin gözləmədiyimiz, xəyalımıza belə gətirmədiyimiz bir bəlası, zərrəcikdən də kiçik bir virus dünyanı silkələdi və hələ bundan sonra da dünya düzənini bütünlüklə dəyişəcəyi ultimatumunu da verməkdən çəkinmir. Bu gün dünyada informasiya bolluğu olsa da, hər kəsin sualı birdir: “Axı bu necə ola bilərdi? Elmi texnoloji sürət əsrində inkişafın qlobal və sıçrayışlı transformasiyasında, milyardlarla dolların xərcləndiyi tibbi-bioloji tədqiqatlar fonunda necə oldu ki, dünya elektron mikroskoplarda milyon dəfələrlə böyüdülərək görünən bir zərrəcik virusun əsirinə çevrildi. Hesab edirəm ki, elə bu sualın cavabını biz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronovirusla əlaqədar xalqa ünvanladığı müraciətində tapa bilərik. Hörmətli Mehriban xanım müraciətində xalqımızı bu bəla ilə mübarizədə həmrəyliyə,birliyə çağıraraq bu bəlaya xalqımızın malik olduğu ən yüksək xüsusiyyətləri ilə qalib gələcəyimizə əmin olduğunu bildirdi. Eyni zamanda da təəssüflə qeyd etdi ki, dünyamız bu cür sürprizlərdən sığortalanmayıb, əsl reallıq fərqlidir. Nasim Nikolas Talibin (Livan-Amerika əsilli yazıçı, akademik, statistik, keçmiş tacir və risk analisti) müzakirələrə səbəb olan “Qara Qu Quşu” kitabı dünyada hökm sürən bu günkü reallığı özündə əks etdirir. Müəllif öz kitabında yazır ki, hamı özünü təhlükədən qorumaq istəyir. Müdafiə üsullarından biri riskləri qiymətləndirmək və onları idarə etməkdir. Bizim nə qədər səy göstərməyimiz vacib deyil, hər hansı bir riski dəqiqliklə proqnazlaşdırmaq qeyri-mümkündür. Həqiqətən, filosof hesab edir ki, dünya düzəni gözlənilməyən hadisələr üzərində qurulub ki, bunların əslində heç bir məntiqi izahı yoxdu. Bu məntiqi kimin qəbul edib etməməsindən asılı olmayaraq, sadə bir həqiqəti və reallığı ölkəmizdə hamımız qəbul edirik ki, ölkəmizin rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyev xalqımızın bu bəladan ən az itki ilə qurtulması üçün dövlətimizin illər boyu qazanmış olduğu güc və qüdrətini səfərbər edib. Bu həqiqəti isə hamımız qəbul edirik. Bu ağır günlərdə ardıcıl olaraq görülmüş tədbirlər həm iqtisadi, həm də sağlamlıq risklərinin önlənməsi üçün maliyə və digər resursların ən yüksək səviyyədə səfərbər olunması, ən pis gedişata bələ hazırlıqlı olmağımız əhalimizdə bir ruh yüksəkliyi, bir arxayınlıq yaradıb. İnsanlarımız bəzi hallarda sosial məsuliyyətini hələ də tam icra eləmir. Ancaq bir məsələni unutmayaq ki, bizim sosial məsuliyyətimizə ciddi yanaşmağımız bəşəriyyətin, insanlığın xilasına kömək edəcək. Bəli, bu porodoksal həqiqətlər qarşısında, bütün dünyanın bu yeni ölümcül virusa qarşı birləşib mübarizə yollarını axtardığı bir zamanda biz əlavə də olaraq koronoviruslar ailəsinin köhnəlmiş A QRİPİ kimi movsümi olaraq gəlib gedən, heç bir vaksinlə immunitet qazanmayacaq bir virusla- Əli Kərimli və trolları virusun qarayaxma, dezinfrmasiya yaymaq kimi simptomlarının müalicəsinə də izafi vaxt ayırmış oluruq. Onsuz da belə “mikrob” və “viruslar” illər boyu ölkəmizdə aparılan eks sanitar epidemioloji dezinfeksiya və deratizasiya tədbirləri ilə neytrallaşdırılıb zəif virulent hala gətirilib. Sadəcə bir həqiqət də var ki, axı bunlar virusdur zaman keçdikcə ştammlarını dəyişir və Qərbdəki ağalarının laboratoriyalarında mutasiyaya uğradılır və “milli viruslar” formasında mənsub olduqları ölkələrinə parazitlər şəklində yayılırlar. Bu fürsətçilər pusquda durublar ki, bir çatışmazlıq olsa, tez ona qidalı mühit kimi hopum və qidalanım. Ancaq bu “virusların” qidalanmaq muhiti artıq sona çatdı. Çünki dünya bu bəlaya qarşı birləşib. Bildirmək lazımdır ki, ay Əli Kərimli, sənin dünyaya demokratiya, insan haqqları adı altında dünyanı, ölkələri dağıdan beyin mərkəzlərinin olduğu Avropa belə bu virusun əsirinə çevrilib. Müxtəlif adlarla sanksiyalar tətbiq etdikləri dövlətlərdən yardım istəyirlər, onların köməklərinə ehtiyac duyurlar.Heç olmasa dünya düzəninin bu həqiqətini gör və düşün ki, sizin kimilərinin bazarı onsuz da bağlanıb. Bazarlıq eləməyə bir kimsə yoxdur artıq… Çünki ağaların karantin altındadır. Qoy bunu xalqımız da bilsin və sizləri daha yaxşı tanısın ki, sizin mahiyyətiniz dağıdıcılıqdır. 30 ildir mutasiya oluna- oluna müxtəlif formalara düşmüsünüz, eybəcərləşmisiniz. Ancaq tarixin bu günki dərsində Azərbaycan və onun rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyev, bu məsuliyyətli günlərdə xalqının narahatçılığını bir azərbaycanlı xanımı, bir ana nigaranlığı ilə yaşayan Birinci vetse-prezident Mehriban xanım Əliyeva bəşəriyyətin, insanlığın xilaskarları sırasında ön cərgədə olacaqdır.Yaddan çıxarmayaq ki, milli həmrəylik artıq bizim şüarımız, həyat yolumuzdur.
Millət vəkili İlham Məmmədov

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

2 × three =