PROFESSOR DİLQƏM QULİYEV PREZİDENTƏ MİNNƏTDARLIQ ETDİ

0

Professor Dilqəm Quliyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Azərbaycan Respubilkasının Prezidenti
cənab İlham Heydər oğlu Əliyevə

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Əvvəla şəxsən öz adımdan və bütün ailə üzvlərim adından Sizi, qüdrətli Ordumuzu, xalqımızı və Sizin ən yaxın silahdaşınız Mehriban xanım Əliyevanı bu Zəfər Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu, bir tarixdir. Sizin başçılığınız ilə şanlı, qüdrətli Azərbaycan Ordusu tarix yazdı. Qarabağın işğaldan azad olunmuş hər yerində, hər bir kəndində, həmçinin Şuşada, Xankəndidə Azərbaycanın şanlı üçrəngli bayrağı dalğalanır. Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm.
Siz bu xalqın ürəyindən qara ləkəni sildiniz. Qazanılan zəfərlər təkcə silahın gücü ilə deyil, eyni zamanda Sizin uzaqgörən siyasətinizin, dünyada yüksək nüfuzunuzun məntiqi nəticəsidir.
Çox əlamətdar hadisədir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik yubileyi 8 noyabra – Qarabağın döyünən ürəyi, incisi, Azərbaycan mədəniyyətinin beşiyi, dilbər guşəsi, əsrarəngiz təbiəti olan Şuşanın alınması gününə təsadüf etdi.

Möhtərəm cənab Prezident!

44 günlük Vətən müharibəsi dövründə pandemiya və karantin rejiminin məhdudiyyətlərinə baxmayaraq, bu çətin gündə misilsiz dəstək göstərərək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik yubileyi ilə əlaqədar, bir qrup əmakdaşı fəxri mükafatlarla təltif etdiniz. Mən də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olundum. Biz, yaşlı bədən tərbiyəsi və idman xadimlərinə verdiyiniz dəyərə görə, şəxsən öz adımdan və bütün ailə üzvlərim adından Sizə səmimi qəlbdən bir daha minnətdarlığımı bildirirəm. Sizə möhkəm can sağlığı, yorulmaz və müqəddəs işinizdə uğurlar arzulayıram. Allah xalqımızı, Sizi və ailənizi qorusun!

Dərin hörmət və ehtiramla,

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

10 + 19 =