PROFESSOR DİLQƏM QULİYEV PREZİDENTƏ MİNNƏTDARLIQ ETDİ

0

Millixəbər.az  İnformasiya agentliyi vasitəsi ilə bizi daimi izləyən. Dəyərli ziyalımız, Azərbaycan Olimpiya Akademiyasının  “Kütləvi İdman” bölməsinin sədri, “İdmançı” qəzetinin baş redaktoru, Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi, əməkdar bədən tərbiyəsi və idman xadimi, 500-ə yaxın əsərin müəllifi, Azərbaycanda və Cənubi Qafqazda bədən tərbiyəsi və idman sahəsində ilk və yeganə pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Qasım oğlu Quliyev ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlıq edir. Həmin minnətdarlıq məktubunu olduğu kimi sizlərə təqdim edirik.      


Azərbaycan Respubilkasının Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına

 Çox hörmətli Prezident, son günlər koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlər  biz idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Xalqımıza bu virusdan qorunmaqla bağlı ilk gündən “EVDƏ QALAQ” deyə  müraciətiniz, biz  idman ictimaiyyətində də inam yaratdı.  Cənab Prezident, 2020-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə dair keçirdiyiniz videomüşavirədə açıq şəkildə bəyan etdiyiniz: ”Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı”. Məhz bu seçiminiz bütün xalqımızla bərabər idman ictimaiyyətini də evdə qalmağa ruhlandırır. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ilk gündən ölkəmizdə Sizin təşəbbüsünüzlə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah və  Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Ölkəmizdə inşa edilən ən müasir “Yeni klinika”, tibbi maska istehsalı müəssisəsi açıldı. Azərbaycanda koronavirusla mübarizədə lazımi tədbirlərin daha sürətli görülməsi üçün 10 milyon manat vəsait ayrılması, işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi, bir sıra kateqoriyalara aid tələbələrin ödənişdən azad olunması, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (taarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi və başqa imtiyazlara görə qərarlarınız bütün xalqımız  tərəfindən bəyənilir. Həmçinin Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz idman ictimaiyyətini ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir.  İftixar hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Sizin sayənizdə dünyada idman ölkəsi kimi tanınır. Siz hələ dörd il bunda əvvəl Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında dünya ictimaiyyətini narahat edən “zika” virusundan idmançılarımızın sağlamlığını qorumaq məqsədilə ağcaqanad əleyhinə sprey, kremlər və s. tibbi ləvazimatlarla təmin etdiniz. Nəticədə olimpiyaçılarımız dünya idman tarixinə öz sözünü deyərək, Olimpiya oyunları salnaməsinə yeni səhifələr yazdılar Sizin göstərişinizlə 2019-cu ildən indiyədək 5 milyon nəfərdən çox Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən keçmişdir. Sizin qeyd etdiyiniz kimi,  Azərbaycan bəlkə də dünyada yeganə dövlətdir ki, öz vətəndaşlarının müayinəsini pulsuz aparır. Möhtərəm cənab Prezident, zaman bunu bir daha sübut etdi. Əgər Siz vaxtında bu kimi tədbirlər görməsədiyiniz, indi bizi  ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə hansı fəlakətlər gözləyirdi?! Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə idman ictimaiyyəti adından Sizə minnətdarlığımızı bildiririk.  Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir. Möhtərəm cənab Prezident, bu çətin  günlərdə biz idman ictimaiyyəti də evdə qalaraq Sizin çağırışlarınıza qoşulur, əmin olduğumuzu bildiririk ki, inşallah, xalqımız Sizin rəhbərliyinizlə bu sınaqdan da zəfərlə çıxacaq. İnanırıq ki, idmançılarımız Tokio Olimpiya oyunlarında  da Vətənimizi ləyaqətlə təmsil edəcək və bizim bayrağımız qaldırılacaq, himnimiz səslənəcək. 

Dərin hörmət və ehtiramla,
Dilqəm Quliyev, ADBTİA-nın pedaqogika üzrə elmlər doktoru, professor

 

Minnətdarlıq edən idman ictimaiyyətinin nümayyəndələrindən:

Azərbaycan Hapkido Federasiyasının  idmancıları. 

Məmmədli Süleyman bağır oğlu (Hapkido federasiyasının prezidenti, Sukrim QRAND Master, Azərbaycan Respublikasının  Bədən Tərbiyəsi və İdman Xadimi, müxtəlif Döyüş sənətləri üzrə beynəlxalq dərəcəli hakim). 

Fətəliyev Səbuhi Çingiz oğlu (beynəlxalq dərəcəli hakim). 

Ələkbərov Əli İbrahim oğlu (Azərbaycan Respublikasının əməkdar məşqçisi, dosent). 

Sadıqov Sadıq Kazım oğlu (SSRİ idman ustası, dosent, əməkdar məşqçi).

Bəhruz Fətəliyev (əməkdar məşqçi). 

Gündüz Abdullayev (beynəlxalq dərəcəli hakim). 

Ələkbər İnaməliyev (əməkdar məşqçi). 

Məmməd Abdullayev (əməkdar məşqçi).  

Elnur Amanov (əməkdar məşqçi). 

Tural Sadıqlı (məşqçi). 

Namiq Əsədov  (Avropa kubokunun mükafatçısı).  

Raidə Aslanova (idmançı).

Tahir Salahov (əməkdar məşqçi).

Bibixanım Qəmbərova (idmançı). 

Tofiq Əliyev (əməkdar bədən tərbiyəsi və idman xadimi).

Bəhruz Salehli  (əməkdar bədən tərbiyəsi və idman xadimi). 

Qubad Cəbrayılov (əməkdar bədən tərbiyəsi və idman xadimi)

Ziya Xallfayev (əməkdar məşqçi). 

Nazim İsrafilov (əməkdar məşqçi). 

Qasım Quliyev (fiziki tərbiyə müəllimi).

Qamət Quliyev (fiziki tərbiyə müəllimi). 

Mətanət Quliyeva (fiziki tərbiyə müəllimi) və s.


21 aprel 2020-ci il

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seventeen + 7 =