Professor Dilqəm Quliyevdən BAŞSAĞLIĞI

0

Azərbaycan Dövlət Bədən Tərbiyəsi  İdman Akademiyasının sabiq “İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri

Xanlar Kazım oğlu Qurbanov vəfat edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və ADBTİA-nın kollektivi

Qurbanov Xanlar Kazım oğlunun

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailə üzvlərinə başsağlığı verirlər. Allah rəhmət eləsin!

Xanlar Kazım oğlu Qurbanov 20 yanvar 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1970-ci ildə sərbəst güləş üzrə idman ustası dərəcəsi almışdır. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1977-ci ildə “Güləşmə və onun metodikası” kafedrasının baş müəllimi təyin olunmuşdur. 1982-ci ildə Ümumittifaq dərəcəli hakim adına layiq görülmüşdür. Daha sonra 1986-cı ildə Ümumittifaq Bədən Tərbiyəsi Elmi – Tədqiqat İnstitutu (ÜBTETİ) – Moskvada dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını almışdır, 1988-ci ildə isə dosent dərəcəsinə yüksəlmişdir. 1988-ci ildə məşqçilik fakultəsinin dekan müavini təyin olunmuşdur. 1989-cu ildə “Güləşmə və onun metodikası” kafedrasının müdiri seçilmişdir. 1990-cı ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) üzvü, Bakı şəhər Sovetinin deputatı (1990-1995) seçilmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi təyin olunmuşdur. 1993-cü ildə Beynəlxalq Güləş Federasiyasının (FİLA) elmi komissiyasının üzvü seçilmiş, 1994-cü ildə professor dərəcəsinə yüksəlmişdir. 1994-2007-ci illərdə AGİF-in icraiyyə komitəsinin üzvü olmuşdur. 1995-ci ildə İstanbul Tibb Universitetinin fəxri professoru kimi fəaliyyətini davam etdirir. Daha sonra 1995-2003-cü illərdə sərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi olmuşdur. 1996-cı ildə Olimpiya Akademiyasının vitse-prezidenti seçilmişdir. 2001-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2001-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olmuş, 2003-cü ildə XXI əsr Azərbaycan ziyalısı, 2006-cı ildə FİLA-nın Beynəlxalq Dərəcəli Hakimi və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi dərəcəsinə nail olmuşdur. 2007-ci ildən Azərbaycan Zorxana İdman Federasiyasının (AZİF) prezidenti kimi fəaliyyətini davam etdirmişdir. Həmin ildə Beynəlxalq Zorxana İdman Federasiyasının (BZİF) beynəlxalq dərəcəli hakimi təyin olunmuşdur. 2008-ci ildə Texniki Komissiyanın üzvü (BZİF) seçilən Xanlar Qurbanov həmin ildə Avropa Zorxana İdman Konfederasiyasının (BZİF) vitse-prezidenti, texniki komissiyanın sədri seçilmişdir. Xanlar Qurbanov 200-dən çox elmi məqalənin, dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin müəllifidir.

Xanlar Qurbanov  Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının  “İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri vızifəsində çalışırdı. Allah rəhmət eləsin!

 

Dilqəm Quliyev

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five + eighteen =