Professor Vaqif Abdullayevin“AZƏRBAYCANIN MEHRİBAN SİMASI” kitabının təqdimatı keçirilib-YENİLƏNİB

0
07.12.2019-ci il tarixdə Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevin növbəti “AZƏRBAYCANIN MEHRİBAN SİMASI” kitabının təqdimatı olub.
Millixəbər.az xəbər verir ki, Təqdimatı giriş sözü ilə açan Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan MEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov qonaqlara kitabın yazılma zərurəti və elmi-siyasi, publisistik dəyəri haqqında ətraflı məlumat verib: “…Bu kitab mənim dəyərli dostum, Azərbaycan dövlətçiliyinə ruhu ilə bağlı, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun əsgəri, tanınmış siyasi xadim, professor Vaqif Abdullayevin növbəti yaradıcılıq məhsullarından biridir. Onun hələ neçə il əvvəl Ulu Öndərin layiqli davamçısı İlham Əliyev haqqında yazdığı kitabını məmuniyyətlə xatırlayıram. Vaqif müəllim İlham Əliyev haqında o vaxt elə dəyərli fikirlər yazıb proqnozlar vermişdi, onların demək olar hamısı özünü doğrultdu. Hansı ki, həmin kitab yazılanda İlham Əliyev tamamilə başqa sahədə çalışırdı. Yəni, Vaqif Abdullayev siyasətdə öncəgörənlərimizdən biridir, onu bu uğurlarına görə təbrik edirəm…”.
Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyeva haqqında yazılmış bu fundamental əsər haqqında ətraflı danışan akademik Nizami Cəfərov daha sonra kitab haqqında dəyərli təəssüratlarını bölüşmək üçün tanınməş ziyalılara, qonaqlara söz verdi. YAP Siyasi Şurasının üzvləri-Musa Musayev, sabiq deputatlar-Xeyrəddin Qoca, Alqış Musayev, Yazıçı-publisist Yunis Oğuz jurnalist Asif Mərzili, publisist-yazıçı Nəzir Əhmədli, jurnalist Azadə Hüseynova, Millixəbər.az sayıtının rəhbəri Zamin Zeynal və digərləri kitab haqqında təəssüratlarını bölüşübülər.
YAP İmişli rayon təşkilatının siyasi şura üzvü,YAP İmişli rayon Gənclər Biriyinin sədir müavini, Millixəbər.az informasiya portalının rəhbəri Zamin Zeynal çıxışında bildirib ki,
Sabiq Millət vəkili, siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevin “AZƏRBAYCANIN MEHRİBAN SİMASI” kitabı Mehriban xanımın zəngin irsinin və fəaliyyətinin geniş şəkildə yeni nəsilə təbliğ edilməsi olduqca vacibdir.Vaqif müəllim müəllifi olduğu əsərdə Mehriban xanımın siyasi portretini uğurla çəkmiş və peşəkarlıqla qələmə alınmışdır.Baş redaktor bildirib ki, bəzi sabiqlərdən fərqli olaraq professor Vaqif Abdullayev sosial media üzərindən daima dövlətçiliyə dəstək ruhlu çıxışlar edir.Ulu öndər Heydər Əliyevin siyasi kursuna, Prezident İlham Əliyevə sadiqliyini öz yazılarında əhatəli ifadə edir. Biz gənclər bu cür sadiq ziyalılarımızla fəxr edir.  Bu sayaq əsərlərin gənclərimizə təbliğini olduqca vacib hesab edirik.
Sonda kitabın müəllifi siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev çıxış edərək Mehriban xanım Əliyyevanın zəngin və çoxşaxəli fəaliyyətinə diqqət çəkərək Azərbayacan xalqı təfəndən Mehriban xanıma olan mehribanlıq və səmimiyyətdən, Mehriban xanımın uşaq və gənclərə diqqət və qayğısından söz açıb.Natiq unu da qeyd edib ki, Mehriban xanımın ictimai-siyasi həyatımızdakı uğurlu fəaliyyəti Azərbaycan qadınları üçün örnəkdir. Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə Prezident İlham Əliyevə dəstəkdir.V.Abdullayev bildirib bu cür əsərlər bundan sonra daha da mükkəmməl yazlaraq cəmiyyətə təqdim olunmalıdır.
Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

thirteen + one =