Qəşəm Nəcəfzadə ilə onlayn görüş keçirildi

0

Karantin qaydalarına uyğun olaraq tanınmış şair Qəşəm Nəcəfzadənin Hacıqabul rayonu V.Məmmədov adına Muğan qəsəbə tam orta məktəbin şagirdləri ilə onlayn görüşü keçirilib.

Millixəbər.az Kulis.az-a istinadən xəbər verir ki,  zoom proqramı ilə görüşə qatılan şagirdlər şairin şeirlərini söyləyib, süjetli şeirlərə maraqlı səhnəciklər nümayiş etdiriblər. Məktəbin müəllimi şair Sara Selcan görüşün əhəmiyyətindən danışıb.

Onlayın davam edən görüşdə şagirdlər Q.Nəcəfzadəyə suallar ünvanlayıb, poeziyaya həvəs göstərənlər isə şeirlərini səsləndiriblər. 9-cu sinif şagirdi Nərmin İsmayılova onlayın görüş zamanı karandaşla şairin şəklini çəkib internetlə səbəbkara göndərib.

Görüşün sonunda Qəşəm Nəcəfzadə məktəbin müəllim və şagirdlərinə minnətdarlıq edərək yeni şeirlərini oxuyub və verilən sualları cavablandırıb. Karantin günlərində mütaliə etmələrini, evdən çölə çıxmamaqla, gigenik qaydalara əməl etməklə sağlamlıqlarını qorumağı tövsiyyə edib.

Gallery

Gallery

Gallery

Gallery

Gallery

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

thirteen + one =