Qanlı faciə törədən Qarbaçovun 20 yanvar düşmənçiliyi+(Müsahibə)

0

tahirMillixəbər.az informasiya portalının 20 yanvar facisinin 25-ci ildönümü ilə bağlı elan etdiyi vətənpərvərlik aylığı çərçivəsində Ağcəbədi rayonundan milli məclisə seçilmiş millət vəkili Tahir Razayevlə müsahibəsi…

Tahir müəllim ölkəmizin ziyalısı və millət vəkili olaraq bildiyiniz kimi 20 yanvar hadisəsindən 25 il keçir, 1990-ci ilin bu günü yaddaşınızda necə qalıb.Hadisə necə baş verdi, kim idi günahkar, 20 yanvar hadisəsi vətənpərvərlik yaddaşımızda hansı izlərlə qaldı?

20 yanvar tarixi faciədir, xalqımızın qəhrəmanlıq tarixidir. Bu gün ümumxalq hüzün günü olmaqla yanaşı, milli azadlıq hərəkatının unudulmaz səhifəsidir. 20 yanvar hadisələrinə qiymət verməmişdən öncə, ondan əvvəlki dövrə nəzər salsaq görərik ki, bu hadisənin rüşeymi 1987-88 ci illərdən başlandı.1988-ci ilin fevralın 23-də Əsgərandə gənclərin ölümü,  qərbi Azərbaycanda yaşayan soydaşlarımızın deportasiyası, vertoliyot qəzası, Sumqayıt hadisəsi və digər erməni daşnaqlarının pozuculuq halları özünü büruzə verməkdə davam edirdi. O dövrdə SSRİ-də rəhbəri olan Qarbaçovun Azərbaycanla bağlı düşmənçilik mövqeyi açıq şəkildə özünü görsədirdi. Hələ ulu öndər Heydər Əliyev siyasi biroda və nazirlər sovetində çalışanda Qarbaçovun xain əməlləri, xalqımıza qarşı düşmən mövqeyi, Heydər Əliyev tərəfindən qarşısı alınırdı. Hiyləgər düşmən öz əməllərindən dönmürdü. Bu fitnəkarlığın nəticəsində rus haxil hərbi birləşmələri Bakıya daxil olaraq günahsız insanları qanlarına qəltan etdilər.Amansız işgəncələrə məruz qoydular. O dövrdə xalqımıza ulu öndər Heydər Əliyev kimi qətiyyətli lider lazım idi. Xalqın səriştəli və bacarıqlı, vətənini sevən rəhbərə ehtiyacı var idi.Bildiyiniz kimi 1987-ci ildə Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasına nail olan Qarbaçov hakimiyyəti Azərbaycanlılara qarşı məkrli siyasətini,düşmən mövqeyini, insanları qırmağa yönəltdi. Nəticədə 1990-ci ilin yanvarın 19-dan, 20-ə keçən gecə Bakıda qan töküldü. Bütün bunların havadarı Qarbaçov idi. Qarbaçovun hiyləgər əməli nəticəsində sovet ittifaqına daxil olan xalqlar bir-biri ilə üz-üzə gəlir, facilər törədilir,mitinqlər keçirilirdi. Bunların içində ən dözülməzi 20 yanvar hadisəsi oldu. O dövr yaddaşımda ağır və dözülməz bir il kimi əbədi yazılıb. Hər bir Azərbaycan vətəndaşı yas içində idi.  Bu bir hiyləgərin xalqımıza qarşı törətmiş olduğu vəhşilik əməlidir. 20 yanvar hadisəsi müstəqillik tariximizin şanlı dövrüdür. Bizim vətəndaşlarımız qanlarını tökərək müstəqilliyimizə nail oldu. Taleyin xalqımıza bəxş etdiyi dahi şəxsiyyət, səriştəli rəhbər Heydər əliyevin sayəsində müstəqiliyimiz qorunub saxlanıldı. İndi Azərbycan regionun güclü dövlərlərindən birinə çevrilməkdədir. Beynəlxalq layihələrə qoşulur və yaxud ev sahibliyi   edir. Gündən-günə Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində müstəqilliyimiz möhkəmlənir. Ölkəmiz iqtisadi baxımdan da sürətlə inkişaf edir.

 

 Bir Millət vəkili olaraq yeni nəsilə Vətənpərvərlik ruhlu nəyi tövsiyyənizi edərdiniz?

 

Bu hadisə ildönüm günündə deyil hər zaman anılmalı, gənclərimizi maarifləndirməliyik. Hadisələri düzgün formada onlara çatdırmalıyıq. Hər bir gəncimiz tariximizi öyrənməli, düşmənlərimizi tanımalıdır. Orta ümümtəhsil məktəblərində Qarabağa aid dərslərin keçrilməsini müsbət qiymətləndirirəm. Bu çox vacibdir. Gənclərimiz bilməlidirlər ki, bizim torpağımız münbitdir, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Buna göz tikənlər çoxdur. Ona görə hər birimiz, hər bir gəncimizin gözü açıq olmalıdır. Onların hər biri Vətənpərvərlik ruhunda yetişməlidirlər. Başımıza gələn faciələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq, gənclərimiz, hər birimiz vətənpərvərlik ruhunda olmalıyıq…

Müqəddəs yaradan Allahdan 20 yanvarda şəhid olan bacı qardaşlarımıza, soydaşlarımıza rəhmət diləyir yaxınlarına səbr… Vətən sağ olsun!

 

Zamin Zeynal Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

fifteen − 7 =