Qarabağ erməniləri Koçaryanın həbsindən narazıdır

0

Ermənistanda həbs edilmiş ölkənin ikinci prezidenti Robert Koçaryanın həbsinə qondarma Qağlıq Qarabağ rejiminin deputatları etiraz ediblər.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qondarma rejimin deputatları Koçaryanın birinci prezidentləri olması ilə əlaqədar onun müdafiəsinə qalxıblar.

Ayrı respublika olduqlarını iddia edən separatçı rejimin deputatları Ermənistan Baş Prokurorluğuna müraciət edib. Qondarma rejimin parlamentinin spikeri Anuş Qavalyan deputatların Prokurorluqdan Koçaryan haqda çıxarılmış həbs qərarının dəyişdirilməsi ilə bağlı xahiş etdiklərini bildirib.

 

Onlar həbs edilmiş Ermənistanın ikinci prezidentinin separatçı Dağlıq Qarabağ və Ermənistanda dövlətçilik ənənələrinin yaradılmasında göstərdiyi xidmətləri nəzərə almağı xahiş ediblər.

Beləliklə, Qarabağ klanı birinci prezidentlərinin azadlığa buraxılmasına cəhd ediblər.

 

Xatırladaq ki, Robert Koçaryan ilk dəfə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində təcavüz və dinc əhaliyə qarşı soyqırım yolu ilə qurulmuş separatçı rejimin birinci prezidenti (1994-1997) olub. Bundan sonra tarixdə görülməmiş bir yeniliklə Ermənistan respublikasının da ikinci prezidenti (1998-2008) kimi fəaliyyətini davam etdirib.

 

Qeyd etmək lazımdır ki, dünyada heç bir dövlət başçısı bu günə kimi digər bir dövlətə başçılıq etməyib. Bütün bunlar isə Ermənilərin Azərbaycan ərazilərinə təcavüz etmədikləri və qondarma Dağlıq Qarabağ rejiminin ayrı müstəqil bir dövlət olması ilə bağlı bütün dünyaya car çəkdikləri ağ yalanı üzə çıxarır.

 

Qeyd edək ki, Ermənistan Apelyasiya Məhkəməsi Robert Koçaryanın etiraz ərizəsinə avqustun 9-da baxacaq. Ermənistanın Xüsusi İstintaq Xidməti isə onun həbsdə qalmasının “təqsirləndirilən şəxsə qarşı ən düzgün qərar olduğunun” tərəfdarıdır. Koçaryan 2008-ci ildə prezident seçkiləri zamanı konstitusiya quruluşunun devrilməsində təqsirkar bilinib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twenty − six =