QARAKƏND faciəsi ilə bağlı tədbir keçirildi.

0

QARAKƏND FACIƏSI.
İmişli şəhər 8 saylı tam orta məktəbdə QARAKƏND faciəsi ilə bağlı tədbir keçirildi.

Millixəbər.az– ın məlumatına görə, tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilir. Tədbirimizin bədii hissəsi məktəbimizin şagirdi Cəfərzadə Fatimənin “Qarakənd faciəsi” çıxışı ilə başladı. Bu təqdimat zamanı o, faciə ilə bağlı ümumi məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonar məktəbimizin birinciləri vətənpərvərlik məzmunlu şeirlərini təqdim etdilər. Tədbir Əliyeva Lamiyənin “Qara Ləkələr” təqdimatı ilə davam etdi. O, faciə ilə bağlı aparılan istintaq zamanı ortaya çıxan müəmmalı və cavabı verilməmiş sualları qeyd etdi.Daha sonar məktəbimizin IIa sinif şagirdləri şeirlərini təqdim etdilər.
Mirzəzadə Aysun və Qambayev Məmmədin “ İlk Dövlət Katibi” təqdimatı dinlənildi. Bu çıxışda Tofiq İsmayılovun ümumi fəaliyyətidən bəhs edildi, onun 20 Yanvar faciəsi zamanı ortaya qoyduğu sərt siyasi mövqe iştirakçıların diqqətinə çatdırıldı Daha sonar məktəbimizin IIb sinif şagirdləri şeirlərini təqdim etdilər.  Alışova Nəzrinin “ Şəhid Prokuror” adlı çıxışı ilə davam etdirildi. O, çıxışında bildirdi ki, İsmət Qayıbov ermənilərin xalqımıza qarşı törətdiyi terror aktlarını araşdırmış və ciddi faktlar əldə etmişdir. Məhz onun bu fəaliyyəti erməniləri ciddi narahat etmişdir Daha sonar məktəbimizin III sinif şagirdləri şeirlərini təqdim etdilər.
Növbəti çıxış üçün söz verilir İsrafilova Ruqiyyəyə. O, çıxışında Osman Mirzəyevin həyat və yaradıcılığından bəhs etdi. Osman Mirzəyevin “Adlarımız” kitabını əyani vəsait kimi tədbir iştirakçılarının nəzərinə çatdırdı Daha sonar məktəbimizin IV sinif şagirdləri şeirlərini təqdim etdilər.
Tədbirin son çıxışı üçün Atakişiyeva Mehriban və Əliyeva Əntiqəyə söz verildi. Onlar şəhid edilmiş deputatlarımız haqqında məlumat verdilər.  Bütün çətinliklərə baxmayaraq Azərbaycan xalqı mərd və əyilməz xalqdır.

Buna görədə tədbirimizi nikbin notla başa çatdırmaq üçün Əliyeva lamiyəni “Bayraq” şeirini təqdim etmək üçün səhnəyə dəvət edirik.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × 4 =