Qardaşının həyat yoldaşına tamah salan əfsanə… – Fotolar

0

bbbDünyanın məşhur futbolçuları arasında həyat yoldaşlarını başqaları ilə aldatmış adlara çox rast gəlmək olar. “Qafqazinfo” xəbər verir ki, həmin futbolçular haqqında müxtəlif vaxtlarda mediada xəbərlər yer alıb, bu dəfə isə onların hamısını birlikdə sizə təqdim edirik:

1. “Mançester Yunayted” və İngiltərə millisinin ulduz futbolçusu Ueyn Runi həyat yoldaşı Koolen Runini Cennifer Tompsonla aldadıb. İllər sonra Tompson Koolendən üzr istəmişdi.

 

2. “Real”ın sabiq futbolçusu Royston Drente həyat yoldaşını Malena Qrasiya ilə aldadıb.

3. “Mançester Yunayted”in fransız ulduzu Patris Evra həyat yoldaşını model Karla Hove ilə birlikdə olmaqla aldadıb.

4. “Arsenal”ın və Almaniya millisinin ulduzu Mesut Özil sevgilisinə keçmiş komanda yoldaşı Kristian Lellin sevgilisi ilə xəyanət edib. Lellin sevgilisi Melanie Rikinqer ilə “Whatsapp” yazışmaları üzə çıxan futbolçu medianın da gündəminə düşmüşdü.

5. “Arsenal”ın fransalı ulduzu Oliviye Jiru mediadan uzaq futbolçu olsa da, həyat yoldaşına sadiq qalmamaqla bir neçə dəfə diqqət mərkəzində olub. Model Celia Key ilə oteldə görüntülənən futbolçu tənqid hədəfi olmuşdu.

6. Həyat yoldaşını aldatmaqla ən çox gündəmə gələn futbolçu isə “Çelsi”nin kapitanı Con Terridir. O, sabiq komanda yoldaşı Ueyn Bricin sevgilisi Vanessa Perroncel ilə olan münasibətlərindən dolayı İngiltərə millisinin kapitanlığından məhrum olmuşdu.

7. Ulduz futbolçu Rayn Qiqz isə öz qardaşının həyat yoldaşı Nataşa Qiqz ilə birlikdə olmaqla özünə böyük nifrət qazandırmışdı.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

six − five =