“Qardaşlarım dedi ki, Azərbaycana gəlib Xoşqədəmin verilişinə çıxsan səni öldürəcəyik”

0

Azərbaycanda nənə öz nəvəsini satıb.

Millixəbər.az BiG.AZ-a xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə çıxan və övladını axtaran Bahar deyib.

O bildirib ki, 4 il bundan öncə Azərbaycana gəlib: “Uşağın sənədində problem olduğuna görə sərhəddən buraxmadılar. O zaman uşaq yaş yarım idi. Mən də anama, bacıma və qardaşıma yalvardım ki, uşağı saxlayın. Mən də Ukraynaya gedib sənədləri düzəldib geri gəldim ki, uşağı götürüm. Onlar da məni əmin elədilər ki, narahat olma, sən gələnə kimi uşağa baxacağıq. Gəldim ki, uşaq yoxdur. 4 ildir ki, balamı axtarıram. 1 həftə sonra anama zəng etdim ki, uşaq yanınızdadırmı? Dedi ki, yoxdur. Dedim ki, uşağım hardadır? Məni acılayıb dedilər ki, sənlik deyil uşaq hardadır. Həyat yoldaşım rusdur. Qardaşlarım mənə dedi ki, Azərbaycana gəlib Xoşqədəm xanımın verilişinə çıxsan səni öldürəcəyik. Mənə burda ruhi xəstə damğası vurublar. Xəbərim olmadan xəstəlik kağızı açıblar”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × 3 =