Qazax rayonu İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Daş Salahlı kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

0

IMG_5645Millixəbər.az ın məlumatina görə Qəbulda Rayon  İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, İcra Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin basçısı cənab Ayaz Əsgərov respublikada, rayonda və Daş Salahlı kəndində son illərdə görülmüş işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, kənddə yeni məktəb binası tikilmiş, bir məktəb binası əsaslı təmir olunmuş, yeni həkim məntəqəsi tikilmiş, 3  ədəd subartezian quyusu qazılmış, 1 ədəd subartezian quyusu təmir olunmuş, 1 ədəd 100 tonluq su anbarı təmir edilmiş, 6 km uzunluğunda su xətti çəkilmiş 23 ədəd su kranı qoyulmuş, yeni salınmış məhəlləyə 4,5 km uzunluğunda su xətti çəkilmiş, 16 ədəd su kranı quraşdırılmışdılr. Daş Salahlı kəndində Şəhidlər Xiyabanında abadlıq işləri aparılmış, 30 km-ə yaxın kəndarası yollara qum-çınqıl döşənmişdir. Kənd 100 faiz təbii qaz və 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur.  Kəndin ərazisində “Mətanət-A” şirkəti tərəfindən Əhəng zavodunun tikintisinə başlanılmışdır.
Kənd sakinləri Tofiq Cəfərov, Nemət Əliyev, Akif Yusifov, Qətibə Kazımova, Təranə Sultanova, Flora Həsənova çıxış edərək son dövrlər Respublikada, rayonda, eləcə də Daş Salahlı kəndində görülmüş geniş abadlıq və quruculuq işlərinə görə Respublika Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlıqlarını bildirmişlər.
Onlar çıxışlarında kənddə yeni uşaq bağçasının tikintisi, 5 km uzunluğunda mərkəzi yolun asfaltlaşdırılması, kəndə qəsəbə statusunun verilməsi, suvarma suyunun yaxşılaşdırılması məqsədilə suvarma arxlarının beton üzlüyə alınması və təmizlənməsi işlərinə köməklik olunmasını xahiş etmişlər.

Millixəbər.az Nicat Ülfətoğlu

 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × three =