Qazaxda “Mercedes” aşdı, üç nəfər yaralandı – FOTO

0

Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza rayonun Çaylı kəndi yolunda qeydə alınıb.

Rayon sakini Rasim Allahverdiyev idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin idarəsini itirib və aşırıb.

Nəticədə rayon sakinləri, hər üçü 1985-ci il təvəllüdlü Allahverdiyev Rasim Qədir oğlu, Mustafayev Pərviz Nəbi oğlu və Əhmədov Elvin Camal oğlu müxtəlif bədən xəsarətləri alaraq, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

Yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × two =