Qeyri-Hökumət Təşkilat tədbir keçirib + FOTOLAR

0

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin qalibi olmuş “İnkişaf” yerli özünüidarəetmənin təşviqi ictimai birliyinin “Çoxmənzilli binaların idarə olunması prosesində sahə  mülkiyyətçilərinin hüquqları və vətəndaş mədəniyyətinin formalaşmasında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərin roluna həsr olunan tədbirlərin təşkili” adlı layihəsi çərçivəsində növbəti tədbir keçirildi.

Millixəbər.az ın məlumatına görə, tədbirdə qonaq qismində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Binəqədi rayon Bələdiyyəsinin sədr müavini İradə Mustafayeva, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Ayət Nağıyev və təlimçi Anar Əliyev iştirak edirdilər. Tədbirin əvvəlində layihə iştirakçıları çay süfrəsində iştirak etdilər.

Tədbiri giriş nitqi ilə açan “İnkişaf” yerli özünüidarəetmənin təşviqi ictimai birliyinin sədri Tağızadə Kənan layihənin ikinci günündə iştirak edən qonaqlara layihə haqqında məlumat vermişdir.

Daha sonra çıxış edən təlimçi Anar Əliyev sahə mülkiyyətçilərinin hüquqları və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti barəsində layihə iştirakçilarına ətraflı məlumat verdi.

Sonda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov çıxış edərək Mənzil Məcəlləsində edilən dəyişikliklər barəsində elecə də, MMMC-lərin fəaliyyəti barəsində məlumat vermiş və layihə iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırmışdır.

Millixəbər.az 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seventeen + 12 =