“Qırmızı Körpü”dəki qəzada Azərbaycan hərbçisi həyatını itirib

0

“Sentyabrın 4-də Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan tələfatı ilə nəticələnən qəza hadisəsi baş verib”. Millixəbər.az Modern.az-a istandən  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin birgə məlumatındə bildirilir.

 

Belə ki, Gürcüstana “bitum” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza hadisəsi törədib. Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu həyatını itirib.

 

İlkin ehtimala görə, qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbilə baş verib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qəzanın əsl səbəbi araşdırmalardan sonra məlum olacaq.

 

Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətində yaranan qısamüddətli fasilə həyata keçirilən tədbirlər nəticəsində aradan qaldırılıb. Hazırda Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir.

 

Azərbaycanla Gürcüstanın sərhəd bölgəsində yerləşən neytral zonada bədbəxt hadisə baş verib. Modern.az yerli mediaya istinadən xəbər verir ki, TIR sürücüsü idarəetməni itirərək insanları vurub.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və  yaralananlar var.

 

Qeyd edək ki, sözügedən yük maşınının İrana məxsus olduğu bildirilir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 + 10 =